Ana südü autizmə səbəb olur? – Valideynləri narahat edən iddiaya CAVAB
14 Noyabr 2026, 13:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4631
26.01.2026, 17:25
Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye parklarının və sənaye məhəllələrinin rezidentləri, habelə investisiya təşviqi sənədi almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına dair ƏDV və gömrük rüsumlarından azadolmalar qüvvəyə minib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, nazirliyin kollegiyasının 12 yanvar 2026-cı il tarixli qərarına əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların, sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların, investisiya təşviqi sənədi almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalına dair təsdiqedici sənədin verilməsi qaydası təsdiq edilib.
Bu təsdiqedici sənəd əsasında sahibkarlar idxal olunan xammal və materiallar, texnika, texnoloji avadanlıqlar və qurğular üzrə vergi və gömrük güzəştlərindən yararlana biləcəklər.
13:03 / 14 Noyabr 2026
1
12:49 / 14 Noyabr 2026
48
12:25 / 14 Noyabr 2026
74
12:09 / 14 Noyabr 2026
94
11:58 / 14 Noyabr 2026
93
11:50 / 14 Noyabr 2026
78
11:39 / 14 Noyabr 2026
82
11:32 / 14 Noyabr 2026
91
11:19 / 14 Noyabr 2026
99
11:09 / 14 Noyabr 2026
98
11:00 / 14 Noyabr 2026
114
10:58 / 14 Noyabr 2026
104
10:46 / 14 Noyabr 2026
111
10:36 / 14 Noyabr 2026
105
10:17 / 14 Noyabr 2026
94
09:59 / 14 Noyabr 2026
114
09:46 / 14 Noyabr 2026
122
09:30 / 14 Noyabr 2026
111
09:29 / 14 Noyabr 2026
137
09:23 / 14 Noyabr 2026
251
08:09 / 14 Noyabr 2026
1723
01:15 / 14 Noyabr 2026
201
00:40 / 14 Noyabr 2026
362
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.