Ana südü autizmə səbəb olur? – Valideynləri narahat edən iddiaya CAVAB
14 Noyabr 2026, 13:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1341
26.01.2026, 11:52
1971-ci il,26 yanvar tarixi,Kazımovlar ailəsi...
Bu tarixdə bir qızcığaz dünyaya gəldi.O,qızcığaz ki,doğuluşunu atası Ələsgər kişi istəməmişdi...Hətta, ata doğulan uşağının üzünü də görmək istəməmişdi...6 aylıq dünyaya gələn qızın üzünü atası xeyli müddət keçəndən sonra görür və anidən ona məhəbbət yaranır.Onu müharibəyə gedib,qayıtmayan qardaşına bənzətmişdi...Bu bənzətmə bu qızcığazın taleyində dönüş nöqtəsi olur...Arzuolunmaz uşaq ailənin sevimlisinə çevrilir...
Kimdir bu qızcığaz?
Dünənin qızcığazı bu günün Aygün Kazımovası...Bəli,bu ad özlüyündə bütün brendləri,trendləri,rəsmiyyətləri,zirvələri,titulları əks etdirə bilən bir isimdir.
Aygün Kazımova bu gün 55 yaşında,40 illik səhnə yükünü çiynində daşıyan bir isimdir.Bu illər təbii ki,heç də hamar və düz olmadı.Aygün illərə,illər Aygünə qarışdı,vuruşdu,yıxıldı,durdu,döyüldü,sevildi,aldadıldı,xəyanətə uğradı,borca salındı... Amma,bütün bunlar onu yolundan döndərə bilmədi...Aygün bütün maneələri keçərək öz Diva zirvəsini qazandı.
Bu gün müasir estradada Aygün Kazımovadan gözəl,səsi daha məlahətli ifaçılar ola bilər və var.Bu,danılmaz faktdır.Amma bir danılmaz fakt da var ki,Aygün Kazımova elə Aygün Kazımovadır.Heç bir mübaliğəsiz,bəzəksiz-düzəksiz...
Aygün Kazımovanı zirvə edən nədir?
Bu ad sənət üçün lazım olan bütün özəllikləri özündə birləşdirib.Gözəllik,şarm,istedad,şirin səs və ən əsası qadın çəkiciliyi...Yadıma düşmüşkən qeyd edim: Həm də dolça qadın...
Kazımovanın "ƏN"ləri çoxdur,saymaqla tükənməzdir...
Ən çox mahnı çıxaran müğənni,ən çox klip çəkidrən sənətçi,ən çox estetik əməliyyat etdirən ifaçı,ən çox fanat ordusuna malik müğənni,ən çox sənətə pul xərcləyən müğənni və s.
Aygün Kazımova "Hollywood" da dünyaca məşhur reper Snoop Doogla mahnı ifa edib və layihəsinə milyon pul xərcləyən yeganə ifaçıdır...
Kreml səhnəsində,Tofiq Bəhramov adına stadionda,"Kristal Hall"da və s konsertləri onu digərlərindən fərqləndirən bir xüsusiyyət oldu...
Aygün Kazımova haqqında çox yazmaq,danışmaq olar.Ancaq buna lüzum görmürəm.Çünki,Aygün özünün də dediyi kimi,yaxşısı ilə,pisi ilə bu Xalqın gözünün önündə böyüdü və heç nəyi gizlətmədi.
Bu səmimiyyət ona Xalq sevgisi bəxş etdi.Bu sevgi Dövlət hörmətinə qədər qalxdı və Aygün Kazımova Xalq artisti fəxri adına qədər ucaldı!
Sizə ucalıq,sizə zirvə yaraşır,dolça qadın! doğum gününüz mübarək,yollarınız işıqlı,həyatınız hər zaman Aylı,Günlü olsun,bizim Aygün!
İmza: Miri Məcidli
Oxu24.com saytının baş redaktoru
13:03 / 14 Noyabr 2026
1
12:49 / 14 Noyabr 2026
48
12:25 / 14 Noyabr 2026
74
12:09 / 14 Noyabr 2026
94
11:58 / 14 Noyabr 2026
93
11:50 / 14 Noyabr 2026
78
11:39 / 14 Noyabr 2026
82
11:32 / 14 Noyabr 2026
91
11:19 / 14 Noyabr 2026
99
11:09 / 14 Noyabr 2026
98
11:00 / 14 Noyabr 2026
114
10:58 / 14 Noyabr 2026
104
10:46 / 14 Noyabr 2026
111
10:36 / 14 Noyabr 2026
105
10:17 / 14 Noyabr 2026
94
09:59 / 14 Noyabr 2026
114
09:46 / 14 Noyabr 2026
122
09:30 / 14 Noyabr 2026
111
09:29 / 14 Noyabr 2026
137
09:23 / 14 Noyabr 2026
251
08:09 / 14 Noyabr 2026
1723
01:15 / 14 Noyabr 2026
201
00:40 / 14 Noyabr 2026
362
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.