Nazir Vilayət Eyvazovun bu rayonda vətəndaşlarla görüşü OLACAQ
26 Yanvar 2026, 15:41
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
304
26.01.2026, 15:01
Oxucularımızın redaksiyamıza ünvanladığı suallardan biri də , doğum haqqında şəhadətnamədə uşağın atasının adının dəyişdirilməsi hansı hallarda mümkündür?Bu proses necə həyata keçirilir. Həmçinin, şəxs soyadını da dəyişə bilərmi?
Oxu24.com-un sualını tanınmış hüquqşünas Vüqar Dadaşov cavablandırıb.
- Vüqar müəllim, uşağın atasının adının dəyişdirilməsi hansı qanuni prosedurlardan sonra mümkün ola bilər?
- Uşağın atasının adının, yəni ata adının doğum haqqında şəhadətnamədə dəyişdirilməsi məsələsi Azərbaycan Respublikasının qanunvericiliyində mümkün hal kimi nəzərdə tutulmuş və bu dəyişiklik üçün müvafiq prosedur qaydaları müəyyən edilmişdir. Lakin qeyd edilməlidir ki, ata adının dəyişdirilməsi yalnız valideynin və ya maraqlı şəxsin istəyi əsasında deyil, qanunla müəyyən edilmiş hüquqi əsaslar olduqda həyata keçirilə bilər.
-Deməli, hər hansı həddi-buluğa çatmayan Azərbaycan vətəndaşı istədiyi vaxt, bu proseduru həyata keçirmək istəyində ola bilməz. Onda mütləq bir səbəb olmalıdır?
-Uşağın ata adının dəyişdirilməsi əsasən atalığın müəyyən edilməsi ilə bağlı proseslər çərçivəsində mümkündür və bu, üç əsas formada baş verə bilər. Belə ki, əgər uşaq nikahdan kənar doğulmuşdursa və ya uşağın atası haqqında məlumat sonradan aşkar edilmişdirsə, bu halda ata adının dəyişdirilməsinə qanunla yol verilir.
Atalıq həmin şəxs tərəfindən könüllü qaydada tanındıqda, dövlət qeydiyyat orqanları tərəfindən müvafiq dəyişiklik aparıla bilər. Əgər həmin şəxs atalığı könüllü şəkildə tanımırsa, bu zaman atalığın müəyyən edilməsi və nəticə etibarilə ata adının dəyişdirilməsi məhkəmə qaydasında həyata keçirilir.
- Deməli, DNK testi ilə bağlı müraciətlərin sayı buna görə artıb?Bəs, bu proses necə tənzimlənir?
Həmçinin oxuyun
-Prosesin İlkin mərhələsində vətəndaş, maraqlı şəxs, valideyn və ya valideynlərdən biri icra hakimiyyəti orqanlarının tərkibində fəaliyyət göstərən dövlət qeydiyyat orqanlarına, o cümlədən ASAN xidmətə müraciət edərək uşağın ata adının dəyişdirilməsi ilə bağlı ərizə təqdim edir. Qeydiyyat orqanı tərəfindən müraciət təmin edilmədikdə və ya dəyişiklikdən əsaslandırılmış imtina verildikdə, maraqlı şəxsin məhkəməyə müraciət etmək hüququ yaranır.
- Deməli, məsələyə son nöqtəni məhkəmə qoyur?
- Bilirsiniz, bununla yanaşı, praktikada tez-tez uşağın doğum təvəllüdünün dəyişdirilməsi ilə bağlı suallar da ortaya çıxır. Qanunvericiliyə əsasən, uşağın doğum tarixinin dəyişdirilməsi yalnız texniki və ya faktiki səhv hallarında, yəni ilkin tibbi sənədlərlə doğum haqqında akt qeydi arasında uyğunsuzluq olduqda mümkündür. Sadəcə valideynin istəyi və ya subyektiv səbəblər doğum təvəllüdünün dəyişdirilməsi üçün hüquqi əsas hesab edilmir və bu məsələ, bir qayda olaraq, yalnız rəsmi sənədlər və ya məhkəmə qərarı əsasında həll olunur.
- Soyadın dəyişdirlməsi də müxtəlif prosedurlardan sonra mümkündür, yaxud könüllüdür?
- Soyadın dəyişdirilməsinə gəldikdə isə qeyd olunmalıdır ki, soyadın dəyişdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mümkündür. Şəxsin, o cümlədən uşağın on səkkiz yaşına çatdıqdan sonra öz soyadını könüllü və şəxsi iradəsi əsasında dəyişdirmək hüququ vardır. Bu dəyişiklik qanunla müəyyən edilmiş prosedur qaydalarına uyğun olaraq həyata keçirilir.
Bu məsələdə praktikada tez-tez ortaya çıxan maraqlı suallardan biri də ondan ibarətdir ki, ata öz soyadını dəyişdikdə, övlad da mütləq şəkildə soyadını dəyişdirməlidirmi? Qanunvericiliyin mövqeyi bu baxımdan aydındır. Ata soyadını dəyişdirdikdə, uşağın soyadı avtomatik olaraq dəyişmir. Uşağın soyadının dəyişdirilməsi onun öz iradəsinə və maraqlarına uyğun olaraq həll edilir.
- Hörmətli Vüqar müəllim , geniş izaha görə, təşəkkür edirik!
Əntiqə Rəşid
16:44 / 26 Yanvar 2026
44
16:24 / 26 Yanvar 2026
376
16:15 / 26 Yanvar 2026
124
16:07 / 26 Yanvar 2026
65
15:58 / 26 Yanvar 2026
54
15:53 / 26 Yanvar 2026
58
15:41 / 26 Yanvar 2026
49
15:36 / 26 Yanvar 2026
42
15:30 / 26 Yanvar 2026
93
15:21 / 26 Yanvar 2026
43
15:15 / 26 Yanvar 2026
518
14:48 / 26 Yanvar 2026
122
14:18 / 26 Yanvar 2026
100
14:09 / 26 Yanvar 2026
252
14:08 / 26 Yanvar 2026
78
13:37 / 26 Yanvar 2026
609
13:34 / 26 Yanvar 2026
107
13:25 / 26 Yanvar 2026
285
13:15 / 26 Yanvar 2026
75
12:58 / 26 Yanvar 2026
148
12:47 / 26 Yanvar 2026
472
12:35 / 26 Yanvar 2026
315
12:25 / 26 Yanvar 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.