Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər
21 Noyabr 2026, 09:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
31
21.11.2026, 10:33
Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi ilə ölkəmizin həyata keçirdiyi uzaqgörən, balanslı və praqmatik xarici siyasət kursu çərçivəsində fərqli coğrafiyalarda milli maraqlarımıza cavab verən beynəlxalq əməkdaşlığımız uğurla inkişaf etməkdədir. Məhz bu stategiyanın nəticəsində ölkəmizin nüfuzunun davamlı olaraq yüksəlməsi və etibarlı tərəfdaşa çevrilməsi müxtəlif siyasi-iqtisadi inkişaf və idarəçilik modelinə malik olan dövlətlərin, habelə regional və beynəlxalq təşkilatların Azərbaycana marağını artırır.Bu xüsusda, son dövrlər Cənub-Şərqi Asiya dövlətləri ilə münasibətlərimizin inkişafı diqqət çəkir. Bu regionun dinamik inkişaf edən dövlətlərindən olan Vyetnamla da ikitərəfli və çoxtərəfli müstəvilərdə səmərəli əməkdaşlığın təşəkkül tapdığını və qarşılıqlı faydalılıq əsasda inkişafını müşahidə edirik. Dövlətlərarası əlaqələrin dərinləşməsinə heç şübhəsiz ölkə başçıları arasında müntəzəm təmaslar-“liderlər diplomatiyası” mühüm töhfə verir və Azərbaycan-Vyetnam münasibətlərində də bu faktor önəmli rol oynayır.
Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Oxu24.com-a açıqlamasında bildirib
Zaur Şükürovun sözlərinə görə, Prezident cənab İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfəri öncəsi Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə iki ölkə arasında münasibətlərin inkişaf tarixi və inkişaf perspektivləri barədə vacib fikirlər yer alıb.Qeyd edilməlidir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Vyetnam Sosialist Respublikası ilə diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, iki respublika arasında əlaqələr hələ uzun illər öncə formalaşmışdır.Müsahibədə Prezident İlham Əliyev yetmiş ilə yaxın bir tarixi olan münasibətlərin əsasını qoymuş liderlərin- Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin və Ulu Öndər Heydər Əliyevin roluna diqqət çəkərək, 1959-cu ildə Vyetnam Prezidentinin ölkəmizə səfərini və 1983-cü ildə həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyətinin Vyetnama səfərinin əhəmiyyətini vurğulamışdır. Belə ki, o zaman, xalqımızın Ümummilli Liderinin təşəbbüsü ilə bu səfərin müddəti səkkiz günə qədər uzadılmış və ölkənin əsas regionlarını əhatə edərək, Vyetnam iqtisadiyyatının inkişafına güclü təkan verən və çoxillik əməkdaşlığın istiqamətini müəyyənləşdirən razılaşmalar əldə olunmuşdur. Uzun illərin sınaqlarından çıxmış bu münasibətlər sonrakı dövrlərdə də hər iki ölkənin səyləri nəticəsində davamlı şəkildə inkişaf etmişdir. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, bir il sonra - 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfərinin həyata keçirilməsi münasibətlərin yeni mərhələyə keçməsinə imkan verən mühüm siyasi hadisələr oldu. Keçən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri iki ölkə arasında münasibətlərdə tamamilə yeni fəsil açdı və aparılan konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər istiqamətlərin geniş spektrini əhatə etdi. Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran vacib sənədin - Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi davamlı və səmərəli siyasi dialoqun məntiqi nəticəsində mümkün oldu.
Deputat vurğulayıb ki, İki ölkənin liderləri arasında siyasi təmaslarla yanaşı, hökumətlərarası komissiyaların, sahəvi qurumların, parlamentlərarası dostluq qruplarının, həmçinin iki ölkənin hakim partiyalarının əməkdaşlığı da münasibətlərin inkişafına müsbət təsir göstərən faktorlardır. Eyni zamanda, çoxtərəfli formatda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq formalaşıb.Sadalanan bu faktlar Bakı ilə Hanoy arasında uzun illərdir davam edən faydalı siyasi dialoqun sabit və ardıcıl şəkildə inkişaf etdiyini bir daha təsdiq edir.Bərabərhuquqluq və qarşılıqlı hörmətə əsaslanan siyasi dialoq, ticari-iqtisadi və humanitar əməkdaşlın inkişafında mühüm rol oynayır. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsinin 2025-ci ilin yekunlarına görə 150 milyon dollardan artıq olub və hər iki tərəfin birgə səyləri nəticəsində bu sahədə irəliləyişlər əldə edilməsi mümkün görünür. Tikinti və infrastrukturun inkişafı, həmçinin Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində Vyetnam tərəfi marağını ifadə etmişdir.
Millət vəkili əlavə edib ki, enerji sahəsində də əməkdaşlığın inkişafı üçün imkanlar mövcuddur. Məlumdur ki, hələ Sovet İttifaqı dövründən əməkdaşlığımızın əsasını təşkil edən neft sektoru yenə də vacib sektor kimi diqqətdə saxlanılmaqdadır. Bu kontekstdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir və 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur. Ölkəmizin nəqliyyat və logistika infrastrukturundan istifadə etməklə, Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması səmərəli ola bilər. Rəqəmlərə nəzər yetirsək, təkcə 2026-cı ilin yanvar-sentyabr aylarında bu daşımaların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq, 8 min tondan çox olub.Qeyd olunanları ümumiləşdirsək, iki dövlət bütün aparıcı sahələrdə -ticari-iqtisadi əlaqələr, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında əməkdaşlığı genişləndirmək və birgə layihələri həyata keçirmək üçün potensila və resurslara malikdir.
Onun sözlərinə görə, Prezident İlham Əliyev müsahibəsində iki ölkə arasında humanitar əməkdaşlığa da diqqət çəkib. Belə ki, bu sahədə əlaqələrin inkişafı ikitərəfli münasibətlərimizə mühüm töhfə verməklə yanaşı, xalqlarımızın yaxınlaşmasında əhəmiyyətli rol oynayır. Uzun illər ərzində bu əlaqələr təhsil sahəsində təşəbbüslər, xeyriyyə layihələri və müntəzəm mədəniyyət günləri vasitəsilə davamlı olaraq möhkəmləndirilib. Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub. Səfər zamanı ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib, Hanoy Ticarət və Turizm Kollecinə də maliyyə dəstəyi göstərilib. Hər iki ölkənin aparıcı universitetləri bir sıra tərəfdaşlıq müqavilələri və memorandumlar imzalayıb. Vyetnam nümayəndələri Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün mənim sərəncamıma uyğun olaraq yaradılmış təhsil qrant proqramlarında iştirak etmək imkanına malikdirlər. Bu akademik əlaqələr zəngin tarixi ənənələrə əsaslanır: hətta sovet dövründə belə, təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb və sonradan əldə etdikləri bilik və təcrübəni vətənlərinin rifahı naminə uğurla tətbiq edib. İki ölkə arasında uzunmüddətli dostluğun rəmzi 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılışı olub. Həmin açılış bu görkəmli dövlət xadiminin anadan olmasının 135-ci ildönümünə təsadüf edib.
Zaur Şükürov qeyd edib ki, heç şübhəsiz, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri onilliklər boyu formalaşmış və inkişaf etmiş Azərbaycan-Vyetnam əlaqələrinin dərinləşməsinə əhəmiyyətli töhfə verəcək. Səfər çərçivəsində baş tutmuş ikitərəfli görüşlərdə aparılan müzakirələr mövcud əməkdaşlıq sahələrinin inkişaf perspektivlərinin müzakirə edilməsi, həmçinin yeni istiqamətlərin müyəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Eyni zamanda, səfər çərçivəsində noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı”, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında yanğın və xilasetmə xidmətləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Vyetnam Sosialist Respublikası Prezidentinin Ofisi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasında Günəş elektrik stansiyası layihəsinin və külək elektrik stansiyası layihəsinin qiymətləndirilməsinə, inkişafına və həyata keçirilməsinə dair Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “ROX Group” arasında İcra Müqaviləsi” iki ölkə arasında müqavilə-hüquq bazasını genişləndirməklə yanaşı, əlaqələrin inkişafında müsbət təsir göstərəcək. İnanırıq ki, Prezident cənab İlham Əliyevin Vyetnama gerçəkləşən rəsmi səfəri, iki dövlət arasında əməkdaşlığın dərinləşməsində əhəmiyyətli rol oynayacaq mühüm siyasi hadisə olmaqla yanaşı, ölkəmizin Cənub-Şərqi Asiya regionu ilə milli maraqlarımıza uyğun, həmçinin bərabərhuquqluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfə verəcək.
Turan Etibaroğlu
10:28 / 21 Noyabr 2026
43
10:27 / 21 Noyabr 2026
46
10:00 / 21 Noyabr 2026
76
09:42 / 21 Noyabr 2026
92
09:38 / 21 Noyabr 2026
77
09:35 / 21 Noyabr 2026
69
09:33 / 21 Noyabr 2026
80
09:03 / 21 Noyabr 2026
84
00:12 / 21 Noyabr 2026
177
23:31 / 20 Noyabr 2026
175
23:23 / 20 Noyabr 2026
176
23:06 / 20 Noyabr 2026
189
22:45 / 20 Noyabr 2026
169
22:35 / 20 Noyabr 2026
184
22:22 / 20 Noyabr 2026
196
22:01 / 20 Noyabr 2026
187
21:52 / 20 Noyabr 2026
186
21:48 / 20 Noyabr 2026
181
21:21 / 20 Noyabr 2026
185
20:50 / 20 Noyabr 2026
242
20:40 / 20 Noyabr 2026
345
20:33 / 20 Noyabr 2026
189
20:25 / 20 Noyabr 2026
475
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.