Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı
06 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
49
06.11.2026, 17:13
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib.
XİN-dən Oxu24.com -a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi töhfələr, habelə qlobal və regional gündəlikdə duran məsələlər müzakirə olunub.
Tərəflər Azərbaycanın BMT ilə əməkdaşlıqda fəal rolunu, habelə qlobal çağırışların həllinə töhfə verilməsi istiqamətində addımlarını məmnunluqla qeyd ediblər. Bu çərçivədə, Azərbaycanın Qoşulmama Hərəkatı, COP29, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA), Ümumdünya Şəhərsalma Forumu (WUF) və digər beynəlxalq platformalar çərçivəsində sədrlikləri, irəli sürdüyü təşəbbüslər, keçirdiyi yüksək səviyyəli tədbirlər və əldə olunan nəticələr xüsusi vurğulanıb.
Ölkəmizdə 5-6 noyabr tarixlərində BMT İdarəetmə İnnovasiyaları Sammitinin uğurla keçirilməsinin əhəmiyyəti vurğulanaraq, Azərbaycanın innovativ dövlət idarəçiliyi sahəsində təcrübəsinin, xüsusilə ASAN xidmət modelinin beynəlxalq səviyyədə təşviqi və müxtəlif ölkələrdə tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlər qeyd olunub.
Nazir Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu ilədək həyata keçirilməsi prosesinə verdiyi töhfələr, bu istiqamətdə milli səviyyədə görülən tədbirlər, eləcə də beynəlxalq inkişaf gündəliyinə dəstək məqsədilə həyata keçirilən donorluq və humanitar fəaliyyət barədə məlumat verib.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında regional əməkdaşlığın genişləndirilməsinin, C6 formatının əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, nəqliyyat və logistika bağlantılarının gücləndirilməsi, Orta Dəhlizin potensialından səmərəli istifadə, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi, yaşıl enerji, rəqəmsal transformasiya və regional tranzit imkanlarının inkişafı məsələlərinə toxunulub.
Nazir Ceyhun Bayramov işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi, müasir infrastrukturun yaradılması və ərazilərin iqtisadi reinteqrasiyası istiqamətində görülən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. Bununla yanaşı, Ermənistanın işğalı dövründən qalmış mina və partlamamış hərbi sursat təhlükəsinin bərpa-quruculuq prosesinə, insanların təhlükəsizliyinə və dayanıqlı inkişafa yaratdığı ciddi maneələr diqqətə çatdırılıb.
Tərəflər, həmçinin mövcud qlobal və regional təhdidlər, beynəlxalq sülh və təhlükəsizliyə təsir edən çağırışlar, iqtisadi və sosial inkişafın təşviqi, eləcə də BMT çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
17:24 / 06 Noyabr 2026
19
17:19 / 06 Noyabr 2026
17
16:54 / 06 Noyabr 2026
58
16:44 / 06 Noyabr 2026
57
16:36 / 06 Noyabr 2026
81
16:22 / 06 Noyabr 2026
86
16:17 / 06 Noyabr 2026
92
16:02 / 06 Noyabr 2026
100
15:54 / 06 Noyabr 2026
106
15:50 / 06 Noyabr 2026
132
15:43 / 06 Noyabr 2026
133
15:32 / 06 Noyabr 2026
105
15:21 / 06 Noyabr 2026
110
15:14 / 06 Noyabr 2026
104
15:13 / 06 Noyabr 2026
104
15:05 / 06 Noyabr 2026
109
15:00 / 06 Noyabr 2026
758
14:58 / 06 Noyabr 2026
167
14:50 / 06 Noyabr 2026
108
14:43 / 06 Noyabr 2026
101
14:37 / 06 Noyabr 2026
131
14:30 / 06 Noyabr 2026
119
14:23 / 06 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.