Gündə 3 saatdan çox televizora baxanlara xəbərdarlıq
27 Noyabr 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
44
27.11.2026, 22:56
Dietoloq Mişel Rutenşteyn brokoli və gül kələminin sağlamlıq üçün faydalarını müqayisə edib.
Oxu24.com xəbər verir ki, mütəxəssis bu tərəvəzlərin xüsusiyyətləri barədə “Eating Well” nəşrinə danışıb.
Dietoloqun sözlərinə görə, həm brokoli, həm də gül kələmi tərkibindəki lif, kalium, C vitamini və təbii bitki birləşmələri – qlükozinolatlar sayəsində ürək sağlamlığı üçün faydalıdır.
Rutenşteyn bildirib ki, liflə zəngin qidaların çox istehlak edilməsi qan təzyiqinin aşağı düşməsinə və orqanizmdə iltihabın azalmasına kömək edir.
Bununla yanaşı, brokolinin tərkibində qlükorafanin adlı bitki birləşməsi var. Orqanizm bu maddəni sulforafana çevirə bilir. Alimlərin ehtimallarına görə, sulforafan damar sağlamlığına müsbət təsir göstərə bilər.
Brokoli həmçinin antioksidant xüsusiyyətlərə malik beta-karotinin mənbəyidir. Bu maddə orqanizmi oksidləşdirici zədələnmələrdən qorumağa və iltihabı azaltmağa kömək edir.
Lakin dietoloq bəzi insanlara brokolini həddindən artıq istehlak etməməyi tövsiyə edib. Belə ki, bu tərəvəz K vitamini ilə zəngindir. Onun yüksək miqdarda qəbulu qan durulaşdırıcı preparatlardan istifadə edən insanlar üçün problem yarada bilər.
Gül kələminin xüsusiyyətlərindən danışan mütəxəssis isə onun brokoli ilə müqayisədə daha az kalorili olduğunu vurğulayıb.
Dietoloq tədqiqatların nəticələrinə istinad edərək, xaççiçəklilər fəsiləsinə aid tərəvəzlərin və gül kələminin qarışığının istehlakının yeməkdən sonra qanda şəkərin səviyyəsini və sistolik qan təzyiqini azaltmağa kömək etdiyini bildirib.
“Bu, vacibdir. Çünki qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksək olması ürək xəstəlikləri riskini artıra, oksidləşdirici stressə, iltihaba və qan damarlarının zədələnməsinə səbəb ola bilər”, – deyə Rutenşteyn əlavə edib.Bizim.Media
23:05 / 27 Noyabr 2026
10
22:48 / 27 Noyabr 2026
67
22:35 / 27 Noyabr 2026
66
22:22 / 27 Noyabr 2026
108
22:16 / 27 Noyabr 2026
82
22:09 / 27 Noyabr 2026
90
22:08 / 27 Noyabr 2026
118
22:06 / 27 Noyabr 2026
88
22:00 / 27 Noyabr 2026
137
21:59 / 27 Noyabr 2026
153
21:44 / 27 Noyabr 2026
359
21:43 / 27 Noyabr 2026
91
21:36 / 27 Noyabr 2026
99
21:23 / 27 Noyabr 2026
133
21:11 / 27 Noyabr 2026
120
20:55 / 27 Noyabr 2026
130
20:46 / 27 Noyabr 2026
133
20:39 / 27 Noyabr 2026
490
20:35 / 27 Noyabr 2026
130
20:28 / 27 Noyabr 2026
119
20:10 / 27 Noyabr 2026
900
20:08 / 27 Noyabr 2026
248
19:58 / 27 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.