Qaynar xətt:

(+99450) 247 90 86

“Avatar”ın növbəti iki filmi bu tarixlərdə yayımlanacaq

“Avatar”ın növbəti iki filmi bu tarixlərdə yayımlanacaq

DÜNYA

62

28.11.2026, 02:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Avatar” franşizasının növbəti iki filminin nə vaxt ekranlara çıxacağı bəlli olub.

Oxu24.com  xəbər verir ki, rejissor Ceyms Kemeronun məşhur fantastik film seriyasının dördüncü hissəsi 2029-cu il dekabrın 21-də, beşinci filmi isə 2031-ci il dekabrın 19-da tamaşaçılara təqdim olunacaq.

Məlumat “Disney” şirkətinin yenilənmiş film təqvimində yer alıb. Beləliklə, ekran əsərləri arasında iki illik fasilə olacaq.

Qeyd edək ki, “Avatar”ın dördüncü filmi üçün bəzi səhnələr əvvəlki ekran əsərləri ilə eyni vaxtda lentə alınıb. Filmdə hadisələrin təxminən altı il irəliyə keçəcəyi gözlənilir.axşam.az