Qaynar xətt:

(+99450) 247 90 86

Qəzza əhalisi təhlükədə

Qəzza əhalisi təhlükədə

DÜNYA

63

27.11.2026, 23:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəzzadakı Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal mətbuat açıqlamasında Qəzza əhalisinin təxminən 65%-nin yaşanmaz çadırlarda yaşadığını bildirib.

O, təxminən 200.000 çadırın və 1000 sığınacağın daşqın riski altında olduğunu və məcburi köçkünlərin yaşadığı binaların da uçma riski altında olduğunu qeyd edib. "Əgər bu proqnozlar doğru çıxarsa, bu, 1,3 milyondan çox fələstinli üçün əsl fəlakətlə üzləşdiyimiz deməkdir", - deyə Basal bildirib.

Basal beynəlxalq ictimaiyyəti və yardım təşkilatlarını aşağı təzyiqli sistemin Qəzzaya təsir etməzdən əvvəl hərəkətə keçməyə, əhaliyə yardım göstərməyə və bölgədəki xidmət sistemini dəstəkləməyə çağırıb.

O, zədələnmiş çadırların məcburi köçkünləri yağışdan qoruyacaq yeniləri ilə əvəz edilməsinin və minimum humanitar yaşayış şəraitinə cavab verən infrastrukturun təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. O, gözlənilən fəlakətin təsirlərinin əhalinin əsas ehtiyaclarını ödəməklə azaldıla biləcəyini bildirib.

Basal həmçinin qeyd edib ki, Mülki Müdafiə qrupları yanacaq, nəqliyyat vasitələrinin təkərləri, akkumulyatorlar, ehtiyat hissələri, təcili yardım maşınları və su nasosları çatışmazlığı ilə üzləşirlər.

Nigar