Qaynar xətt:

(+99450) 247 90 86

İran Ukraynanı Küveytə hücum etməkdə ittiham edib

İran Ukraynanı Küveytə hücum etməkdə ittiham edib

DÜNYA

39

27.11.2026, 23:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Küveytə qarşı iki italyan Rheinmetall Italia mütəxəssisinin ölümünə və iki nəfərin yaralanmasına səbəb olan pilotsuz təyyarə hücumunu təşkil etməkdə ittiham olunur.

Bu məlumatı The New York Post (NYP) İranın nüvə danışıqları qrupunun keçmiş müşaviri Məhəmməd Marandiyə istinadən yayıb.

Onun sözlərinə görə, zərbələr, ehtimal ki, Kiyevin imkanlarını Vaşinqtona nümayiş etdirmək məqsədi daşıyan yalançı əməliyyatın bir hissəsi kimi həyata keçirilə bilərdi. Marandi hesab edir ki, Ukrayna hərbi personalı Şimali İraq və Suriya da daxil olmaqla, müxtəlif Yaxın Şərq ölkələrində fəaliyyət göstərir.

Nəşr qeyd edib ki, oxşar iddialar İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) bağlı olan Fars xəbər agentliyi tərəfindən də irəli sürülüb.

Jalə