Qaynar xətt:

(+99450) 247 90 86

Gələn il pensiyalar bu qədər artırılacaq - Rəsmi 

Gələn il pensiyalar bu qədər artırılacaq - Rəsmi 

SİYASƏT

95

04.11.2026, 17:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2027-ci ildə Azərbaycanda əmək pensiyalarının 7,5 faiz artırılması proqnozlaşdırılır.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2027-ci ildə əmək pensiyalarının ödənilməsi xərcləri 8 milyard 669,43 milyon manat nəzərdə tutulub.

Bu, 2026-cı ilin təsdiq edilmiş proqnoz göstəricisi ilə müqayisədə 676,55 milyon manat və ya 8,46 faiz çoxdur.

Pensiyaların indeksləşdirilməsi zamanı 2027-ci ildə orta aylıq nominal əməkhaqqının gözlənilən artım tempinin 7,5 faiz olacağı nəzərə alınıb.

Büdcə layihəsində qeyd olunur ki, 2026-cı ilin sonuna əmək pensiyalarının orta aylıq məbləğinin 663,82 manat olacağı gözlənilir. Bu göstəricinin dinamikası nəzərə alınmaqla, 2027-ci ildə pensiya xərclərinin ümumi həcminin 8 milyard 669,43 milyon manata çatacağı proqnozlaşdırılır.

Layihəyə əsasən, 2027-ci ildə Azərbaycanda orta aylıq əmək pensiyasının 2026-cı ildə gözlənilən 594,4 manatdan təxminən 7,5 faiz artaraq 639 manata çatacağı proqnozlaşdırılır.