Qaynar xətt:

(+99450) 247 90 86

Prezident TƏSDİQLƏDİ:Qanuna əlavə edildi

Prezident TƏSDİQLƏDİ:Qanuna əlavə edildi

SİYASƏT

72

04.11.2026, 16:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 27-də qəbul etdiyi "İcra haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Oxu24.com xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda borc tələbinin qiymətli kağızlara yönəldilməsi nəzərdə tutulur.

Belə ki, "İcra haqqında" qanuna "Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi" adlı yeni 46-1-ci maddə əlavə edilib.

Yeni maddə tələbin həm borclunun özündə aşkar edilən sənədli qiymətli kağıza, həm də borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağıza, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağıza yönəldilməsi mexanizmini müəyyən edir.

Borclunun qiymətli kağızlarına dair məlumatların sorğu edilməsi, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər "Elektron icra" informasiya sistemi vasitəsilə təşkil edilir. Qanunda həmçinin "Qiymətli kağızlar bazarı haqqında" qanunda uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.