Büdcə xərclərinin artımı 1,7 % həddində proqnozlaşdırılır
04 Noyabr 2026, 14:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
94
04.11.2026, 14:00
İş adamı Bəxtiyar Dali (Qaraşov) zorlamağa cəhd və qanunsuz azadlıqdan məhrumetmə ittihamları ilə gündəmə gəlib. Novxanı qəsəbəsindəki milyonluq malikanəsi ilə tanınan 66 yaşlı şəxsin barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilməsi onun həyatına və fəaliyyətinə diqqəti artırıb.
Bəs uzun illər Rusiyada yaşayan, hərbi mühəndis kimi fəaliyyət göstərdiyi bildirilən Bəxtiyar Dali kimdir, necə tanınıb?
Oxu24.com Globalinfo.az-a istinadla xəbər verir ki, Bəxtiyar Dali 1960-cı ildə Abşeron rayonunun Novxanı kəndində anadan olub. Əsl soyadı Qaraşovdur, uzun illər Rusiyada yaşayıb. Özünün verdiyi məlumata görə, hərbi mühəndis kimi fəaliyyət göstərib.
O, Azərbaycanda daha çox Novxanı qəsəbəsində yerləşən dəbdəbəli malikanəsi ilə tanınıb. Bir neçə milyon manat dəyərində olduğu bildirilən mülk onun adı ilə bağlı xəbərlərin əsas mövzularından birinə çevrilib.
Bəxtiyar Dalinin malikanəsi yalnız qiyməti ilə deyil, interyerindəki qeyri-adi detallarla da diqqət çəkib. 2023-cü ildə satışa çıxarılan dörd mərtəbəli mülkün 10 otaqdan ibarət olduğu, burada 40 nəfərlik klub, idman zalı, sauna və barın yerləşdiyi bildirilir. Həyətdə 150-dən çox ağac, eləcə də dəyəri 200 min dollar göstərilən şəlalə var.
2024-cü ildə isə onun villasının 6 milyon manatdan baha satıldığı barədə məlumat yayılıb.
Dali Rusiyada yaşadığı dövrdə müxtəlif ölkələrə səfər etdiyini, malikanəsində isə dünyanın müxtəlif ölkələrindən olan rəssamların əsərlərini topladığını bildirib.
Bəxtiyar Dali peşəkar müğənni kimi tanınmasa da, musiqiyə maraq göstərib. 2021-ci ildə müğənni Turan Səfərli ilə duet ifa edib.
Onlar əfsanəvi Müslüm Maqomayevin repertuarından “Синяя вечность” mahnısını birlikdə səsləndiriblər. Duet üçün klip də çəkilib.
Bəxtiyar Dali 2026-cı ilin iyulunda Sumqayıt ərazisindəki hotel-restoranlardan birində baş verdiyi bildirilən hadisə ilə əlaqədar saxlanılıb.
İstintaq materiallarına əsasən, ona Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Bəxtiyar Dali hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.
14:57 / 04 Noyabr 2026
1
14:48 / 04 Noyabr 2026
34
14:40 / 04 Noyabr 2026
86
14:34 / 04 Noyabr 2026
44
14:20 / 04 Noyabr 2026
142
14:15 / 04 Noyabr 2026
129
14:07 / 04 Noyabr 2026
91
13:45 / 04 Noyabr 2026
94
13:35 / 04 Noyabr 2026
1632
13:24 / 04 Noyabr 2026
211
13:22 / 04 Noyabr 2026
92
13:05 / 04 Noyabr 2026
1056
13:05 / 04 Noyabr 2026
97
12:52 / 04 Noyabr 2026
242
12:49 / 04 Noyabr 2026
319
12:44 / 04 Noyabr 2026
317
12:37 / 04 Noyabr 2026
110
12:35 / 04 Noyabr 2026
109
12:29 / 04 Noyabr 2026
288
12:27 / 04 Noyabr 2026
153
12:23 / 04 Noyabr 2026
99
12:19 / 04 Noyabr 2026
107
12:10 / 04 Noyabr 2026
461
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.