Şahin Bağırov elan etdi:Gömrükdə nələr OLACAQ?
04 Noyabr 2026, 15:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
484
04.11.2026, 14:58
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən “Şərq-Qərb” nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Oxu24.com Gununsesi.info-ya istinadla xəbər verir ki, PA-nın sabiq rəhbəri yazdıqlarını Rusiyanın yüksək vəzifəli şəxslərinə Sevil İsmayılova vasitəsilə çatdırırmış.
İş materiallarında görünür ki, Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyasına dair təklifləri əks etdirən sənəd çapı və Rusiya tərəfinə çatdırılması prosesində Sevil İsmayılovanın adı xüsusi olaraq çəkilir.
Ramiz Mehdiyev ifadəsində bildirib ki, hazırladığı əlyazmada Azərbaycanın son beş ildə üzləşdiyi siyasi və idarəetmə problemləri, ölkədə yaranmış vəziyyət və gələcək perspektivlər əksini tapıb.
İstintaq materiallarında onun ifadəsində aşağıdakı məqam yer alıb:
“Əlyazmanın məzmunu xatirimdədir, əlyazmanı şəxsən özüm təxminən avqust ayından bir ay öncədən hazırlamağa başlamışam. Əlyazmanın çapını Sevil İsmayılovaya həvalə etdim”.
Mehdiyev deyib ki, sənədin əsas ünvanı isə Rusiyanın Xarici Kəşfiyyat Xidməti olub.
İş materiallarına əsasən, Sevil İsmayılovaya Sergey Narışkinin müavini Rəşad Qurbanov vasitəsilə həmin əlyazmanı ona çatdırmaq tapşırılıb.
Bununla yanaşı, sənədin Rusiyanın digər yüksək vəzifəli şəxslərinə də göndərilməsi nəzərdə tutulub.
Bundan başqa iş materiallarında Ramiz Mehdiyevlə Sevil İsmayılova arasında baş tutmuş telefon danışığının da təfərrüatı əksini tapıb. Sənəddə göstərilir ki, həmin danışıq zamanı Ramiz Mehdiyev hazırladığı “Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyası üzrə təklif” adlı sənədin Rəşad Qurbanova göndərilməsini istəyib.
Danışıq zamanı sənədin iki nüsxədə hazırlanması məsələsi də müzakirə olunub.
İstintaq materiallarında Sevil İsmayılovanın telefon danışığı zamanı işlətdiyi bu ifadə diqqət çəkir:
“Mən ona dedim ki, iki nüsxədə olacaq, biri bir nəfərə, digəri başqa nəfərə”.
15:43 / 04 Noyabr 2026
1
15:33 / 04 Noyabr 2026
172
15:00 / 04 Noyabr 2026
84
14:57 / 04 Noyabr 2026
70
14:48 / 04 Noyabr 2026
142
14:40 / 04 Noyabr 2026
152
14:34 / 04 Noyabr 2026
88
14:20 / 04 Noyabr 2026
217
14:15 / 04 Noyabr 2026
212
14:07 / 04 Noyabr 2026
117
14:00 / 04 Noyabr 2026
120
13:45 / 04 Noyabr 2026
117
13:35 / 04 Noyabr 2026
2070
13:24 / 04 Noyabr 2026
259
13:22 / 04 Noyabr 2026
105
13:05 / 04 Noyabr 2026
1242
13:05 / 04 Noyabr 2026
120
12:52 / 04 Noyabr 2026
285
12:49 / 04 Noyabr 2026
343
12:44 / 04 Noyabr 2026
373
12:37 / 04 Noyabr 2026
137
12:35 / 04 Noyabr 2026
118
12:29 / 04 Noyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.