Leyla Əliyeva Nəbatat bağında - Fotolar
24 Noyabr 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
291
04.11.2026, 12:37
2027-ci ildə də Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq.
Oxu24.com xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
AMB sədri bildirib ki, qiymət sabitliyi balanslaşdırılmış və dayanıqlı iqtisadi artım üçün bundan sonra da zəmin yaradacaq: “Növbəti ildə də pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək. Məzənnə sabitliyi 2027-ci ildə də qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək. Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı növbəti ildə də dəstəkləyəcək.
2027-ci ildə də pul bazarında qısamüddətli faizlər pul siyasətinin köməkçi əməliyyat hədəfi olaraq istifadə olunacaq. Pul bazarındakı qısamüddətli faizlərin faiz dəhlizi daxilində hərəkət etməsi üçün mövcud alətlərdən adekvat və çevik istifadə ediləcək. Pul siyasətinin ötürücülüyündə faiz kanalının gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.
Pul siyasətinin makroprudensial siyasət və Mərkəzi Bankın digər siyasət istiqamətləri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi növbəti ildə də diqqətdə saxlanılacaq. Maliyyə sektorunun dərinləşməsi və maliyyə sabitliyinin möhkəmlənməsi pul siyasətinin ötürücülüyünə müsbət təsir göstərəcək”.
23:55 / 24 Noyabr 2026
1
23:34 / 24 Noyabr 2026
37
23:33 / 24 Noyabr 2026
75
23:28 / 24 Noyabr 2026
60
23:22 / 24 Noyabr 2026
57
23:15 / 24 Noyabr 2026
75
23:03 / 24 Noyabr 2026
162
23:00 / 24 Noyabr 2026
131
22:54 / 24 Noyabr 2026
560
22:44 / 24 Noyabr 2026
86
22:22 / 24 Noyabr 2026
836
22:16 / 24 Noyabr 2026
117
22:09 / 24 Noyabr 2026
103
22:07 / 24 Noyabr 2026
106
21:54 / 24 Noyabr 2026
202
21:36 / 24 Noyabr 2026
115
21:32 / 24 Noyabr 2026
226
21:26 / 24 Noyabr 2026
106
21:20 / 24 Noyabr 2026
123
21:18 / 24 Noyabr 2026
116
21:03 / 24 Noyabr 2026
234
20:59 / 24 Noyabr 2026
114
20:55 / 24 Noyabr 2026
588
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.