Nazir AÇIQLADI: Bu ödənişlər artırıla bilər
04 Noyabr 2026, 14:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
68
04.11.2026, 13:22
Hesablama Palatası "Büdcə sistemi haqqında" qanunun 12-ci və 16-cı maddələrində dəyişikliklər edilməsini təklif edir.
Oxu24.com xəbər verir ki, bunu Palatanın sədri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.
"Büdcə sənədləşməsinin təkmilləşməsi istiqamətində atılan addımları müsbət qiymətləndirir, eyni zamanda bu addımların davam etdirilməsini məqsədəuyğun hesab edirik. Təkmilləşmələr "Büdcə zərfi"ndə qeyri-maliyyə məlumatları, o cümlədən büdcə parametrləri üzrə keyfiyyət göstəricilərinin artırılmasını, məlumatların siyahısının, çeşidinin və keyfiyyətinin yüksəldilməsini əhatə edə bilər", - deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, büdcə ilə bağlı izahata ilk dəfə olaraq gəlirlər üzrə ortamüddətli dövr üçün hədəf göstəriciləri əlavə edilib, Ortamüddətli Xərclər Çərçivəsi islahatlarına cəlb edilmiş sektorlar üzrə nəzərdə tutulan tədbir sayı və onların maliyyə təminatı haqqında məlumat verilib, ortamüddətli dövrdə büdcə siyasəti, ortamüddətli xərclər, bir sıra qanunların layihələri büdcə sənədləşməsinə daxil edilib: "İzahatda, əvvəlki illərdən fərqli olaraq, fiskal risk anlayışı konkretləşdirilmiş, beynəlxalq təlimatlara uyğun olaraq, risklərin təsiri və baş vermə ehtimalı qiymətləndirilib".
"İcmal büdcənin qeyri-neft-qaz gəlirlərinin və qeyri-neft-qaz ÜDM-nin artımla proqnozlaşdırılması büdcə qaydasının 1-ci göstəricisi olan icmal büdcənin qeyri-neft-qaz baza kəsirinin qeyri-neft-qaz ÜDM-nə nisbətində müsbət dinamikanın formalaşmasına töhfə verib. Apardığımız hesablamalara əsasən, 2027-ci il üzrə bu göstərici 17,1 % proqnozlaşdırılıb ki, bu da 2026-cı ilin analoji göstəricisi ilə müqayisədə 1,7 faiz bəndi azdır. İzahata əsasən, ortamüddətli dövrdə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin hər il orta hesabla 2,1 faiz bənd azalacağı nəzərdə tutulub", - deyə V.Gülməmmədov əlavə edib.
Onun sözlərinə görə, icmal büdcənin qeyri-neft-qaz baza kəsirinin qeyri-neft-qaz ÜDM-ə nisbət göstəricisi resurs asılılığı olan ölkələrin makroiqtisadi sabitliyini qorumaq üçün hazırlanmış ən müasir və peşəkar fiskal lövbərlərdən biridir: "Hesab edirik ki, qeyri-neft baza kəsiri qaydasının yanına bir lövbər kimi cari xərclərin artım tempinin limiti əlavə edilə bilər. Büdcə qaydasının digər göstəricisi - dövlət borcunun ÜDM-ə nisbətidir. Apardığımız hesablamalarla dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi üzrə ortamüddətli dövr üçün müəyyən edilmiş hədəfə riayət olunacağı qənaətinə gəlmişik".
14:07 / 04 Noyabr 2026
21
14:00 / 04 Noyabr 2026
41
13:45 / 04 Noyabr 2026
52
13:35 / 04 Noyabr 2026
826
13:24 / 04 Noyabr 2026
145
13:05 / 04 Noyabr 2026
749
13:05 / 04 Noyabr 2026
75
12:52 / 04 Noyabr 2026
206
12:49 / 04 Noyabr 2026
237
12:44 / 04 Noyabr 2026
257
12:37 / 04 Noyabr 2026
91
12:35 / 04 Noyabr 2026
95
12:29 / 04 Noyabr 2026
242
12:27 / 04 Noyabr 2026
135
12:23 / 04 Noyabr 2026
81
12:19 / 04 Noyabr 2026
89
12:10 / 04 Noyabr 2026
403
12:00 / 04 Noyabr 2026
119
11:52 / 04 Noyabr 2026
621
11:48 / 04 Noyabr 2026
234
11:39 / 04 Noyabr 2026
136
11:32 / 04 Noyabr 2026
134
11:25 / 04 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.