Qaynar xətt:

(+99450) 247 90 86

Hadisənin baş verdiyi məktəblə bağlı ŞOK! Şagirdlərin geyimi... (VİDEO)

Hadisənin baş verdiyi məktəblə bağlı ŞOK! Şagirdlərin geyimi... (VİDEO)

SİYASƏT

362

30.10.2026, 17:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi,Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin qarşısında baş verən hadisə və həmin zaman çəkiliş aparan jurnalistlərə qarşı fiziki hücum edilməsi cəmiyyətdə ciddi narahatlıq doğurub. VII sinif şagirdinin pəncərədən yıxılaraq həyatını itirməsi ilə nəticələnən bu faciəvi hadisədən sonra ərazidə olan medianın nümayəndələrinə qarşı törədilən hücum ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Hadisə cəmiyyətdə və mediada müzakirə mövzusu olduğu bir vaxtda sözügedən məktəblə bağlı maraqlı fakt ortaya çıxıb.

Həmin  hadisə ilə bağlı yayılan video görüntülərdə məktəbin şagirdlərinin vahid məktəbli formasında olmadığı üzə çıxıb.Burada belə bir sual ortaya çıxır: Nazirlər Kabinetinin məlum qərarı 225 nömrəli məktəbə aid deyilmi?

Oxu24.com bildirir ki,bu barədə Real TV-nin əməkdaşı Aytən Sakitqızı da paylaşım edib.

Jurnalist bu məsələdə məktəb rəhbərliyini qınayıb və aidiyytaı quurmlara suallar ünvanlayıb.

Aytən Sakitqızı məktəbdə mühafizə üsuluna da irad bildirib.

"Mühafizə xidməti harada idi?Nəyə görə məktəbin mühafizə xisməti yoxdur?",-deyə jurnalist qeyd edib

Qeyd edək ki, Bakı şəhəri T.Abbasov adına 225 nömrəli tam orta ümumtəhsil  məktəb 1964-cü ildən fəaliyyət göstərir.Paytaxtın nümunəvi təhsil ocaqlarından sayılan Bakı şəhəri T.Abbasov adına 225 nömrəli tam orta ümumtəhsil  məktəb  2009-2010-cu tədris ilinin "Ən yaxşı məktəb"i adına layiq görülüb. Məktəbdə yapon dili və ərəb dili tədris olunur. Məktəbin direktoru Aytən Qibləliyevadır.

Nigar