Qaynar xətt:

(+99450) 247 90 86

Putinin köməkçisi: Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqları Kiyevin hərəkətlərindən asılıdır 

Putinin köməkçisi: Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqları Kiyevin hərəkətlərindən asılıdır 

SİYASƏT

65

29.10.2026, 19:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların bərpası ilə bağlı qərar Kiyevin yaxın günlərdəki addımları və Rusiyada Milli Birlik Günü ilə əlaqədar keçiriləcək tədbirlər zamanı Ukrayna ordusunun mümkün hücumları nəzərə alınmaqla veriləcək.

Oxu24.com  xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya mediasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Moskva üçtərəfli danışıqların bərpası barədə qərarı Rusiyada noyabrın 4-də qeyd olunan Milli Birlik Günündən sonra elan edəcəyini bildirib.

“Milli Birlik Günü bizim bayramımızdır və biz üçtərəfli danışıqların bərpasını bayramımızdan sonra elan edəcəyimizi demişdik. Aydındır ki, danışıqlar bundan əvvəl deyil, yalnız bundan sonra baş tutacaq”, – Uşakov qeyd edib.

O, həmçinin vurğulayıb ki, Milli Birlik Günü ilə əlaqədar Rusiyada çoxsaylı tədbirlərin keçirilməsi planlaşdırılır.

Uşakov əlavə edib ki, Rusiya hələlik danışıqların bərpasını rəsmən elan etməyib.