Avropanın təhlükəsizliyinin gələcəyi və ABŞ amili
14 Noyabr 2026, 11:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
308
02.10.2026, 12:36
Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda çıxışı zamanı bildirib.
O, qonşu ölkələrlə münasibətlərin Azərbaycanın coğrafi reallığının bir hissəsi olduğunu vurğulayıb.
Rusiya ilə münasibətlərə dair danışarkən Hikmət Hacıyev Bakı ilə Moskva arasında münasibətlərin hazırda sabit və normal olduğunu, mehriban qonşuluq çərçivəsində inkişaf etdiyini deyib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə çıxarıb. Onun sözlərinə görə, 2025-ci il 8 avqustda Vaşinqtonda keçirilən sammitdən münasibətlərin inkişafı üçün istifadə edilib və Bakı ABŞ-ın regiona strateji diqqətinin davam etdirilməsini gözləyir.
Hikmət Hacıyev Azərbaycanın İsraillə yaxşı münasibətlərinin olduğunu bildirib. Eyni zamanda, Azərbaycanın Fələstin dövlətinin yaradılmasını, iki dövlətli həlli və Şərqi Qüdsün Fələstinin paytaxtı olmasını dəstəklədiyini vurğulayıb.
Prezidentin köməkçisi Azərbaycanın İranla mehriban qonşuluq və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə hörmət etdiyini deyib. O bildirib ki, Azərbaycanın suveren ərazisindən qonşu dövlətlərdən hər hansı birinə qarşı fəaliyyət həyata keçirilməsi mümkün deyil. Həmçinin, İrana qarşı sanksiyaların Azərbaycan və digər qonşu ölkələrə iqtisadi və işgüzar baxımdan mənfi təsir göstərdiyini qeyd edib.
Prezidentin köməkçisi Azərbaycan və Çin arasında regional səviyyədə hərtərəfli strateji tərəfdaşlıq qurulduğunu və bunun praktiki baxımdan həyata keçirilməsi üzərində iş aparıldığını bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın digər dövlətlərlə münasibətləri şəffaflıq, qarşılıqlı hörmət, suverenlik prinsiplərinə əsaslanır.
14:44 / 14 Noyabr 2026
24
14:31 / 14 Noyabr 2026
49
14:24 / 14 Noyabr 2026
90
14:19 / 14 Noyabr 2026
71
14:15 / 14 Noyabr 2026
69
14:09 / 14 Noyabr 2026
163
13:50 / 14 Noyabr 2026
1243
13:48 / 14 Noyabr 2026
102
13:16 / 14 Noyabr 2026
99
13:03 / 14 Noyabr 2026
97
12:49 / 14 Noyabr 2026
120
12:25 / 14 Noyabr 2026
111
12:09 / 14 Noyabr 2026
124
11:58 / 14 Noyabr 2026
121
11:50 / 14 Noyabr 2026
105
11:39 / 14 Noyabr 2026
103
11:32 / 14 Noyabr 2026
112
11:19 / 14 Noyabr 2026
126
11:09 / 14 Noyabr 2026
118
11:00 / 14 Noyabr 2026
138
10:58 / 14 Noyabr 2026
123
10:46 / 14 Noyabr 2026
138
10:36 / 14 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.