Avropanın təhlükəsizliyinin gələcəyi və ABŞ amili
14 Noyabr 2026, 11:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
332
12.09.2026, 18:01
Azərbaycan Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncəsər və Xudavəng monastırlarından video paylaşıb.
Oxu24.com-un məlumatına görə, "X" sosial media hesabında paylaşılan videoda o qeyd edib ki, Gəncəsər monastırı XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən Cəlal tərəfindən inşa etdirilib və Qafqaz Albaniyasının əsrlər boyu formalaşmış xristian irsinin mühüm nümunələrindən biridir.
"İşğal illərində bu tarixi abidələr "bərpa" adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb, nəticədə onların memarlıq autentikliyi və ilkin xarakteri zədələnib. Azərbaycan ərazisində yerləşən hər bir tarixi, mədəni və dini abidə, mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin zəngin mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycan dövləti bu abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir".
H.Hacıyev Azərbaycanın multikultural və çoxkonfessiyalı irsinin qorunması sahəsində təcrübəsinin beynəlxalq səviyyədə tanındığını bildirərək qeyd edib ki, Azərbaycan bu təcrübəni digər ölkələrlə, o cümlədən qonşularımızla bölüşməyə hazırdır.
Prezidentin köməkçisi bu məsələ ilə bağlı saxta xəbərlər və yanlış narrativlər yayan media qurumlarını da tarixi abidələri yerində ziyarət etməyə və reallığı öz gözləri ilə görməyə dəvət edib.
Together with the diplomatic corps, we visited the Ganjasar and Khudavang churches — an integral part of the ancient Albanian Christian heritage. Ganjasar was established in the 13th century by Hasan-Jalal Dawla, the Caucasian Albanian ruler, and stands as an important testament… pic.twitter.com/7zImxKeaaO
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 12, 2026
14:44 / 14 Noyabr 2026
24
14:31 / 14 Noyabr 2026
49
14:24 / 14 Noyabr 2026
90
14:19 / 14 Noyabr 2026
71
14:15 / 14 Noyabr 2026
69
14:09 / 14 Noyabr 2026
163
13:50 / 14 Noyabr 2026
1243
13:48 / 14 Noyabr 2026
102
13:16 / 14 Noyabr 2026
99
13:03 / 14 Noyabr 2026
97
12:49 / 14 Noyabr 2026
120
12:25 / 14 Noyabr 2026
111
12:09 / 14 Noyabr 2026
124
11:58 / 14 Noyabr 2026
121
11:50 / 14 Noyabr 2026
105
11:39 / 14 Noyabr 2026
103
11:32 / 14 Noyabr 2026
112
11:19 / 14 Noyabr 2026
126
11:09 / 14 Noyabr 2026
118
11:00 / 14 Noyabr 2026
138
10:58 / 14 Noyabr 2026
123
10:46 / 14 Noyabr 2026
138
10:36 / 14 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.