Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyev: İƏT ilə əməkdaşlığımız inkişaf edəcək

İlham Əliyev: İƏT ilə əməkdaşlığımız inkişaf edəcək

SİYASƏT

135

10.09.2026, 12:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında mövcud sıx əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminəm.

Oxu24.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İƏT-in Baş katibi İsmail Uld Şeyx Əhmədə ünvanladığı təbrik məktubunda deyilir.

Dövlət başçısı bildirib ki, Azərbaycan 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına, eləcə də İnformasiya Nazirlərinin İslam Konfransının 13-cü sessiyasına və digər tədbirlərə ev sahibliyi edəcək.

Prezident qeyd edib ki, İƏT-in yeni baş katibinin rəhbərliyi təşkilat qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsinə və İslam həmrəyliyinin güclənməsinə xidmət edəcək.