5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
367
12.09.2026, 20:37
Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar bəzi universitetlərdə dərslərin onlayn formata keçirilib-keçirilməyəcəyi maraq doğurur.
Oxu24.com xəbər verir ki, modern.az məsələ ilə bağlı bir sıra ali təhsil müəssisələrinə sorğu ünvanlayıb.
Bakı Dövlət Universitetidən bildirilib ki, universitetdə tədris ənənəvi qaydada davam edəcək.
Azərbaycan Dövlət İqtisad Universitetində isə məsələ ilə bağlı hazırda qərar verilmədiyi qeyd olunub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən verilən məlumata görə, tədris ənənəvi (əyani) formatda davam edəcək. Universitetin distant və ya onlayn təhsilə keçməsi nəzərdə tutulmur.
Azərbaycan Texniki Universiteti də dərslərin ənənəvi qaydada davam edəcəyini açıqlayıb.
Xəzər Universitetində də F1 yarışları ilə əlaqədar dərslərin formatında dəyişiklik gözlənilmir. Universitetdən bildirilib ki, təhsil müəssisəsi şəhər mərkəzindən kənarda yerləşdiyindən dərslər adi qaydada keçiriləcək.
Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, əvvəlki Formula 1 yarışlarının keçirildiyi dövrdə tədris vaxtına düşən dərslər əyani formada təşkil olunub.
“Bu il də dərslərin ənənəvi qaydada keçirilməsi planlaşdırılır. Əgər bu qərarda hər hansı dəyişiklik olarsa, ictimaiyyətə bu haqda məlumat veriləcək”, – universitetdən qeyd edilib.
ADA Universitetindən isə bildirilib ki, Formula 1 ilə əlaqədar dərslərin formatında heç bir dəyişiklik olmayacaq.
Beləliklə, sorğuya cavab verən universitetlərin böyük əksəriyyətində Formula 1 yarışları ilə əlaqədar onlayn və ya distant təhsilə keçid planlaşdırılmır. UNEC-də isə bununla bağlı qərarın hələ verilmədiyi bildirilib.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.