Pezeşkian Moskvaya səfər edəcək
24 Oktyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2178
12.09.2026, 17:52
Azərbaycan Respublikasında dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi gözlənilir. Bu dəyişiklik Prezident İlham Əliyevin imzaladığı “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərmanda öz əksini tapıb.
Yeni qərarın əsas iqtisadi məqsədi və dövlət vəsaitlərinin idarə olunmasına təsirləri ilə bağlı Oxu24.com-un suallarını cavablandıran iqtisadçı Günay Hüseynova ətraflı açıqlama verib.
İqtisadçı bildirib ki, maliyyə məsələlərində büdcə qıtlığı mövcuddur və bu qıtlıq şəraitində xüsusilə ayrı-ayrı büdcə fondlarının mövcud olması şəffaflıq prinsipinə ziddiyət təşkil edir. Məqsədli fondların ləğvi birbaşa şəffaflıq və daha aktiv nəzarət prinsiplərinin həyata keçirilməsində mühüm rol oynayacaq:
“Dövlət büdcəsindən müəyyən fondlara və sahələrə vəsait ayrılırdı, lakin onlara nəzarət prinsipi çətin idi. Çünki həmin fondlar üçün ayrıca audit yoxlamaları aparılmalı idi və büdcədən ayrılan vəsaitlərin nə qədərinin xərclənməsi, korrupsiyaya, yeyintiyə məruz qalması və ya əksinə, yetərli olub-olmaması tam bəlli deyil idi”.
Onun sözlərinə görə, bu sistemin yaradılması ilə həmin fondlar ləğv olunur və mərkəz vasitəsilə idarəsi həyata keçirilir. Bu da birbaşa olaraq iqtisadiyyatda şəffaflıq prinsiplərinin həyata keçirilməsində və büdcə məsələlərində prioritet hallardan biri hesab olunur:
”Dövlət vəsaitlərinin idarə olunmasına gəldikdə, bu idarəetmə birbaşa sistem tərəfindən həyata keçirildikdə daha məqsədli hesab olunur. Vahid büdcədən müəyyən sahəyə nə qədər vəsait ayrıldığı dəqiq bilinir. Dövlət büdcəsindən müəyyən sahələrə həmçinin subsidiyalar, dotasiyalar ayrılır və onların vahid büdcədən ayrılması növbəti ildə əvvəlki illə müqayisədə büdcədən həmin sahəyə nə qədər vəsait ayrıldığını görməyə şərait yaradır”.
Günay Hüseynova qeyd edib ki, büdcə fondları ayrılanda da nəzarət olunurdu, lakin yenə də audit yoxlamaları gərəkli idi, təyinatına uyğun düzgün istifadə edilib-edilməməsi ilə bağlı şübhəli hallar var idi. Artıq bu kimi hallar aradan qaldırılacaq:
“Büdcə xərclərinin səmərəliliyinə gəldikdə, büdcə xərcləri bir növ qıtlıqdır. Gəlirlər əsasında müəyyən edirik ki, dövlət büdcəsinin gəlirləri müəyyən qədərdir, onun neçə faizi, neçə hissəsi hansı sahələrə yatırılacaq və xüsusilə də iqtisadi kapital olaraq bizə geri qayıdacaq.
Vahid sistemin olması ona əsas verir ki, təkcə büdcədən çıxan vəsait deyil, həmin büdcədən çıxan vəsait kapital olaraq nə qədər dövlət büdcəsinə geri dönüş edə biləcək”.
Çimnaz Telmanqızı
23:16 / 24 Oktyabr 2026
130
22:52 / 24 Oktyabr 2026
98
22:34 / 24 Oktyabr 2026
94
22:14 / 24 Oktyabr 2026
80
22:05 / 24 Oktyabr 2026
259
21:42 / 24 Oktyabr 2026
1530
21:28 / 24 Oktyabr 2026
87
21:12 / 24 Oktyabr 2026
92
21:07 / 24 Oktyabr 2026
88
20:52 / 24 Oktyabr 2026
87
20:34 / 24 Oktyabr 2026
92
20:31 / 24 Oktyabr 2026
874
20:12 / 24 Oktyabr 2026
98
20:05 / 24 Oktyabr 2026
99
19:55 / 24 Oktyabr 2026
91
19:40 / 24 Oktyabr 2026
94
19:09 / 24 Oktyabr 2026
130
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
104
18:27 / 24 Oktyabr 2026
100
18:20 / 24 Oktyabr 2026
400
18:13 / 24 Oktyabr 2026
575
18:07 / 24 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.