Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
338
12.09.2026, 22:14
“1993-cü il o qadalı günləri yaşım az olsa da, çox yaxşı xatırlayıram. Onda 13-14 yaşım var idi. Kəlbəcərdən olan sakinlərin ayaqyalın, başıaçıq, paltarsız, qidasız vəziyyətdə sığındıqları ilk yerlərdən biri Gəncə şəhəri idi”.
Oxu24.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcər rayonunda keçirilən II Bal Festivalında çıxışı zamanı səsləndirib.
O bildirib ki, həmin dönəm Kəlbəcərdən məcburi köçkün düşənlərin yerləşdirildiyi ilk məntəqələrdən biri Gəncə Dövlət Tibb Universitetinin yataqxanası olub:
“Həmin günləri mən bu gün də böyük faciə hissi ilə xatırlayıram. Yaşımın az olmasına baxmayaraq, həmin insanların ağır məşəqqətlərdən keçərək özlərini Gəncəyə çatdırmaları yaddaşımdadır.
Bu gün isə cənab Prezidentin siyasətinin nəticəsində biz Kəlbəcərdəyik. Kəlbəcər qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Bundan sonra da Prezidentin siyasətinin nəticəsində burada daha böyük işlər görüləcək.
Bu münasibətlə bütün kəlbəcərliləri təbrik edirəm. Sizi, həmçinin dünyanın müxtəlif ölkələrindən gələn diplomatları həmişə kəlbəcərlilərə layiq qonaqpərvərliklə qarşıladığınıza görə bir daha təbrik və sizə dərin təşəkkürümü bildirirəm.
Bundan sonra biz yenə də Kəlbəcərə gələcəyik. Amma artıq yalnız xoş günlərə, xeyir işlərə gələcəyik”.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.