Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş
15 Noyabr 2026, 01:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
325
12.09.2026, 20:48
Çində 208 mənzildən ibarət 26 mərtəbəli yaşayış binasının tikintisi cəmi 120 saata başa çatdırılıb. Buna paslanmayan poladdan modul tikinti texnologiyasının tətbiqi sayəsində nail olunub.
Oxu24.com Lent.az-a istinadən xəbər verir ki, “Jingdu Holon” adlanan binanın ümumi sahəsi təxminən 14 min kvadratmetrdir. 26 mərtəbəli bina cəmi 5 gün ərzində quraşdırılıb. Bina Syanin rayonunda yerləşir. Tikinti işləri 2024-cü il yanvarın 7-dən 11-dək aparılıb. Klassik tikinti üsulundan fərqli olaraq, burada yaşayış modulları əvvəlcədən zavodda hazırlanıb, daha sonra tikinti sahəsinə gətirilib. Mənzillər tikinti sahəsinə demək olar ki, tam hazır vəziyyətdə çatdırılıb. Hər modulun uzunluğu təxminən 12 metr, eni 2,4 metr, hündürlüyü isə 3 metrdir.
Modullar zavoddan elektrik, santexnika və kondisioner sistemləri əvvəlcədən quraşdırılmış şəkildə çıxır. Tikinti sahəsində isə təxminən 100 işçi kranların köməyi ilə hazır elementləri birləşdirir. Binanın karkası tam quraşdırıldıqdan sonra su və elektrik şəbəkəsinə qoşulması kifayət edir və bina dərhal istifadəyə hazır vəziyyətə gəlir. Binada dörd lift fəaliyyət göstərir. Mənzillər əvvəlcədən mebellə də təmin olunub. Buna görə sakinlər əlavə təmir və ya tamamlama işlərinə ehtiyac olmadan birbaşa mənzillərə köçə bilirlər. Bina regiona yerli işçi qüvvəsinin cəlb edilməsi proqramı çərçivəsində gələn mütəxəssislər üçün nəzərdə tutulub. Binanı inşa edən “Broad Group Holon” şirkəti tikilinin zəlzələyə davamlı olduğunu və 1000 ildən çox istismar edilə biləcəyini iddia edir.
Xatırladaq ki, 1922-ci ildə amerikalı mühəndis Ellis F. Stenman Massaçusets ştatının Rokport şəhərində yay evi tikməyə başlayıb. Evin karkası, döşəməsi və damı ənənəvi ağac materialından olsa da, mühəndis divarları köhnə qəzetlərdən hazırlayıb. Zamanla eksperiment daha geniş miqyas alıb. Evin tikintisində təxminən 100 min qəzetdən istifadə olunub. Divarların bəzi hissələrində kağız qatlarının sayı 215-ə çatıb.
Stenman əvvəlcə qeyri-adi divarları taxta üzlüklə örtməyi planlaşdırıb. Lakin qəzet qatlarının yapışdırılıb laklanmasından sonra səthin nə qədər möhkəm olduğunu görərək divarları olduğu kimi saxlamağa qərar verib.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.