Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub
27 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
8768
02.09.2026, 14:27
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, Sərəncama əsasən 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaq.
Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.
02:18 / 28 Noyabr 2026
114
01:49 / 28 Noyabr 2026
103
01:11 / 28 Noyabr 2026
102
23:59 / 27 Noyabr 2026
149
23:54 / 27 Noyabr 2026
132
23:40 / 27 Noyabr 2026
154
23:40 / 27 Noyabr 2026
135
23:35 / 27 Noyabr 2026
132
23:32 / 27 Noyabr 2026
435
23:28 / 27 Noyabr 2026
134
23:27 / 27 Noyabr 2026
126
23:26 / 27 Noyabr 2026
135
23:05 / 27 Noyabr 2026
139
22:56 / 27 Noyabr 2026
134
22:48 / 27 Noyabr 2026
158
22:35 / 27 Noyabr 2026
140
22:22 / 27 Noyabr 2026
176
22:16 / 27 Noyabr 2026
144
22:09 / 27 Noyabr 2026
144
22:08 / 27 Noyabr 2026
182
22:06 / 27 Noyabr 2026
150
22:00 / 27 Noyabr 2026
206
21:59 / 27 Noyabr 2026
234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.