Yüksək vəzifəyə təyinat oldu - FOTO
12 Sentyabr 2026, 18:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
157
31.08.2026, 15:47
Avqustun 31-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Oxu24.com xəbər verir ki, Milli Məclisin sədri 1992-ci ildə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində əlaqələrin dostluq, qarşılıqlı hörmət və dəstək əsasında inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan “Vahid Çin” siyasətini, Çin isə öz növbəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib.
İkitərəfli əlaqələrin möhkəmlənməsində ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayan Sahibə Qafarova Prezident İlham Əliyevin Çinə səfərlərinin və iki ölkə arasında Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasının əhəmiyyətini qeyd edib.
Milli Məclisin sədri Çin parlamenti ilə əməkdaşlığın mövcud vəziyyəti və gələcək imkanları barədə danışıb, cari ilin mart ayında Çinə işgüzar səfərini, bu ölkənin parlament sədri Cao Lıci ilə görüşünü və aparılan müzakirələri məmnunluqla xatırlayıb. Spiker, həmçinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti barədə fikirlərini bölüşüb.
Söhbət zamanı Azərbaycanla Çin arasında qarşılıqlı faydalı siyasi əməkdaşlığın nümunələrindən biri kimi Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələr yüksək qiymətləndirilib.
Azərbaycanla Çin arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edən Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq Prezident İlham Əliyevin 2025-ci ildə Çinə səfərlərini və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirdiyi görüşləri xüsusi qeyd edib.
İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafından danışan Baş prokuror sıx əməkdaşlığın hər iki ölkənin vətəndaşlarının hüquqlarının qorunmasına və cinayətkarlığın qarşısının alınmasına mühüm töhfə verəcəyini bildirib.
Qonaqlar parlamentin plenar iclas zalına baş çəkib, burada yaradılmış iş şəraiti ilə tanış olublar.
00:51 / 13 Sentyabr 2026
78
00:35 / 13 Sentyabr 2026
402
00:14 / 13 Sentyabr 2026
897
00:06 / 13 Sentyabr 2026
374
23:49 / 12 Sentyabr 2026
93
23:38 / 12 Sentyabr 2026
176
23:34 / 12 Sentyabr 2026
116
23:31 / 12 Sentyabr 2026
89
22:35 / 12 Sentyabr 2026
91
22:31 / 12 Sentyabr 2026
80
22:26 / 12 Sentyabr 2026
133
22:25 / 12 Sentyabr 2026
240
22:22 / 12 Sentyabr 2026
102
22:14 / 12 Sentyabr 2026
103
22:13 / 12 Sentyabr 2026
779
22:02 / 12 Sentyabr 2026
691
21:52 / 12 Sentyabr 2026
183
21:34 / 12 Sentyabr 2026
373
21:25 / 12 Sentyabr 2026
3345
21:20 / 12 Sentyabr 2026
87
21:14 / 12 Sentyabr 2026
99
21:05 / 12 Sentyabr 2026
81
20:48 / 12 Sentyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.