Netanyahu təhlükəli qərar verdi:xalq nə düşünür? — TƏHLİL
04 Noyabr 2026, 09:05
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
261
27.08.2026, 19:22
27 avqust tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Aznifah İsnariah Binti Abdul Ghaniyi qəbul edib.
XİN-dən Oxu24.com-a verilən xəbərə görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir səfiri təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan-Malayziya ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu çərçivədə, iqtisadi-ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə səylərin artırılması imkanları nəzərdən keçirilib. Azərbaycanın tranzit-logistika imkanları və enerji təhlükəsizliyində rolu müzakirə olunub.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan nazir Ceyhun Bayramov BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və D-8 çərçivəsində Azərbaycan və Malayziyanın bir-birini qarşılıqlı dəstəkləməsinin əhəmiyyətini vurğulayıb. Bu kontekstdə, ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin çoxtərəfli platformalarda qarşılıqlı dəstək və həmrəyliklə də müşayiət olunduğu qeyd edilib.
Söhbət zamanı cari ildə Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə edilib, Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Görüşünə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.
Görüşdə nazir Ceyhun Bayramov həmçinin bölgədə mövcud vəziyyət, post-münaqişə dövründə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə məlumat verib.
Səfir səmimi qəbula görə təşəkkürünü ifadə edib, diplomatik fəaliyyəti müddətində Azərbaycan və Malayziya arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
11:39 / 04 Noyabr 2026
1
11:32 / 04 Noyabr 2026
31
11:25 / 04 Noyabr 2026
41
11:18 / 04 Noyabr 2026
167
11:14 / 04 Noyabr 2026
143
11:10 / 04 Noyabr 2026
54
11:06 / 04 Noyabr 2026
55
11:05 / 04 Noyabr 2026
48
11:03 / 04 Noyabr 2026
54
11:02 / 04 Noyabr 2026
67
10:50 / 04 Noyabr 2026
63
10:46 / 04 Noyabr 2026
509
10:39 / 04 Noyabr 2026
76
10:28 / 04 Noyabr 2026
88
10:26 / 04 Noyabr 2026
80
10:24 / 04 Noyabr 2026
171
10:16 / 04 Noyabr 2026
90
10:10 / 04 Noyabr 2026
138
10:03 / 04 Noyabr 2026
210
10:00 / 04 Noyabr 2026
105
09:54 / 04 Noyabr 2026
120
09:52 / 04 Noyabr 2026
90
09:43 / 04 Noyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.