Rusiya bu ticarət mərkəzinə zərbə endirib
21 Avqust 2026, 22:11
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
128
18.08.2026, 23:51
Azərbaycanın Baş Prokurorluğunun rusiyalı jurnalistlərin axtarışda olması ilə açıqlamaları Moskvanın Bakıya münasibətdə mövqeyini əks etdirmir.
Oxu24.com-un "NEWS.ru"ya istinadən məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, bu şəxslərin fikirlərinin Rusiyanın hökumət siyasəti ilə heç bir ortaqlığı yoxdur.
"Hesab edirik ki, Rusiya-Azərbaycan münasibətləri mövcud ikitərəfli hüquqi baza, ilk növbədə 2022-ci il fevralın 22-də Moskvada ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə əsasında inkişaf etməlidir", - nəşr M.Zaxarovanın sözlərini sitat gətirib.
Xatırladaq ki, avqustun 17-də Azərbaycanın Baş Prokurorluğu terrorizm çağırışlarına görə Rusiyanın üç vətəndaşını beynəlxalq axtarışa verib: bunlar "Moskva 24" televiziya kanalının aparıcısı və jurnalist İvan Andreyeviç Knyazev, Rusiyada özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Sergeyeviç Uralov, televiziya jurnalisti və müxbir kimi çalışan Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Aleksandroviç Çadayevdir.
Baş Prokurorluğun açıqlamasına görə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar, ərazi bütövlüyünün pozulması, etnik nifrət, düşmənçiliyin qızışdırılması və terrorizmə açıq çağırışlar ittihamları ilə başlanmış cinayət işi üzrə ilkin istintaq aparılır.
Bu gün səhər Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya səfiri Mixail Yevdokimovu çağırıb, diplomata həmin ölkənin mediasında Azərbaycan xalqı və onun rəhbərliyinə qarşı son təxribatçı açıqlamalarla bağlı sərt etiraz bildirilib.
22:25 / 21 Avqust 2026
42
22:11 / 21 Avqust 2026
53
21:57 / 21 Avqust 2026
62
21:30 / 21 Avqust 2026
59
20:56 / 21 Avqust 2026
63
20:52 / 21 Avqust 2026
63
20:14 / 21 Avqust 2026
74
19:42 / 21 Avqust 2026
88
19:21 / 21 Avqust 2026
90
19:08 / 21 Avqust 2026
165
18:46 / 21 Avqust 2026
96
18:41 / 21 Avqust 2026
76
18:33 / 21 Avqust 2026
92
18:20 / 21 Avqust 2026
74
18:10 / 21 Avqust 2026
109
17:59 / 21 Avqust 2026
95
17:45 / 21 Avqust 2026
119
17:30 / 21 Avqust 2026
99
17:10 / 21 Avqust 2026
131
17:00 / 21 Avqust 2026
85
16:58 / 21 Avqust 2026
96
16:46 / 21 Avqust 2026
88
16:32 / 21 Avqust 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.