Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1032
21.08.2026, 12:35
Müasir şəhərsalma sistemində sıxlığın və tıxacların qarşısını almaq üçün tətbiq edilən mexanizmlər son zamanlar cəmiyyətdə geniş müzakirə olunur. Xüsusilə parklanma qiymətlərinin dəyişməsi, ödənişli zonalar və yanacaq xərclərinin artırılması kimi çəkindirici addımların sürücüləri ictimai nəqliyyata yönəldib-yönəltməyəcəyi sual doğurur. Digər tərəfdən isə vətəndaşların şəxsi avtomobildən imtina etməsi üçün ilk növbədə ictimai nəqliyyatın daha əlçatan, ucuz, sürətli və rahat olmasının vacibliyi vurğulanır. Paytaxt Bakıda icra olunan infrastruktur layihələri və dövlət proqramları da məhz bu tarazlığın necə qurulacağı məsələsini gündəmə gətirir.
Ekspert bildirib ki, bu cür yanaşmalar dünyada geniş tətbiq olunur və dayanıqlı şəhər mobilliyi üç əsas alətə dayanır: çəkindirən, əvəzedən və təkmilləşdirən.
"Çəkindirən alətlər ödənişli parklanma və ödənişli zonalardır. Əvəzedən alətlər ictimai nəqliyyatın çeşidli növləri və onun maliyyə dayanıqlığını təmin edən mexanizmlərdir. Təkmilləşdirən alətlər dedikdə isə ictimai nəqliyyatın üstünlüyünü təmin edən həllər nəzərdə tutulur — məsələn, müəyyən ərazilərdə fərdi avtomobillərin hərəkəti məhdudlaşdırılır və yalnız ictimai nəqliyyata üstünlük verilir”, — deyə Rauf Ağamirzəyev qeyd edib.
"İşlərin icrası daha sürətli və tamlıqla təmin olunmalıdır"
Bakıda artıq bu həllərin bir çoxunun müşahidə olunduğunu deyən ekspert, dövlət proqramı çərçivəsində atılan addımlardan söz açıb:
•Mövcud sahələrin optimal istifadəsi: Ayrılmış avtobus və mikromobillik zolaqlarının təşkili daha tez hiss olunan həllər sırasındadır.
•Relsli nəqliyyatın inkişafı: Metro xətlərinin ayrılması, depolarnın istifadəyə verilməsi və müstəqil fəaliyyət üçün zəmin yaradılması növbəti mərhələnin əsasını təşkil edir. Eyni zamanda yeni metro stansiyalarının, dəmir yolu və tramvay xətlərinin salınması da proqramın tərkib hissəsidir.
•Maliyyə dayanıqlığı və güzəştlər: 2026–2028-ci illər ərzində ictimai nəqliyyatın maliyyə əlçatanlığı tam təmin olunmalıdır. Bura günlük, aylıq, illik bilet paketləri, 90 dəqiqəlik pulsuz keçidlər və tələbələr, təqaüdçülər kimi həssas qruplar üçün güzəştli bilet təklifləri daxildir.
Rauf Ağamirzəyevin sözlərinə görə, keçidin rəvan baş tutması üçün təkcə nəqliyyat deyil, piyada mühiti də rahat olmalıdır:
"Şəhər mərkəzində dayanacaqlar hər 300 metrdən bir təşkil olunmalı, piyada infrastrukturu sürətlə abadlaşdırılmalıdır. Piyada, mikromobillik və ictimai nəqliyyat axınlarının qarışmaması üçün nizamlanan, zebralı və işıqforlu keçidlərin sayı artırılmalıdır. İnsan görsə ki, piyada gedərək mənzil başına daha tez çatır, avtomobillə mərkəzə gəlməyəcək. Lakin piyada üçün şərait narahatdırsa, bir tərəfdən digər tərəfə keçmək üçün yeraltı və ya yerüstü keçidlərə qalxmaq məcburiyyətindədirsə, bu, insanları çəkindirəcək və tixacda qalsa belə, komfortlu avtomobilə üstünlük verəcəklər”.
Ekspert vurğulayıb ki, beynəlxalq təcrübədə özünü doğrultmuş bu model Azərbaycan reallığına uyğunlaşdırılır. Şərait yaradıldıqca ictimai nəqliyyatdan və mikromobillikdən istifadə edənlərin sayı kəskin artacaq.
Çimnaz Telmanqızı
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.