Azərbaycan pambıq iplik ixracından gəlirini 82 %-ə yaxın artırıb
21 Avqust 2026, 18:20
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
96
21.08.2026, 14:26
Qlobal iqtisadiyyatda jeopolitik güc balansının jeoiqtisadi alətlərlə yenidən formalaşdığı, ticarət və logistika marşrutlarının strateji əhəmiyyət qazandığı yeni bir dövr başlayır. Müasir mərhələdə dövlətlər iqtisadi əlaqələrini yalnız kommersiya mənfəəti üzərində deyil, təhlükəsizlik prioritetləri və regional inteqrasiya hədəfləri çərçivəsində tənzimləyirlər. Bu kontekstdə Mərkəzi Asiyanın dunya iqtisadiyyatına inteqrasiyası və Orta Dəhlizin inkişafı Avrasiya regionunun strateji xəritəsini köklü şəkildə dəyişdirir. Açıq dənizlərə çıxışı olmayan Mərkəzi Asiya ölkələrinin qlobal bazarlara çıxışında Türkiyə və Azərbaycan tandeminin rolu getdikcə artır. Bu proses yalnız tranzit imkanlarının genişlənməsi ilə məhdudlaşmır, həm də Türk Dünyası çərçivəsində iqtisadi, maliyyə və energetika inteqrasiyasını dərinləşdirir. Türkiyənin Mərkəzi Asiya ilə ticarət dövriyyəsini artırması Ankaranın regional gücünü möhkəmləndirməklə yanaşı, Azərbaycanın Xəzər hövzəsindəki mərkəzi mövqeyini daha da önə çıxarır. Bəs Orta Dəhlizin inkişafı Türkiyənin regional iqtisadi gücünü necə dəyişir və Azərbaycan bu strategiyada yalnız tranzit ölkə kimi, yoxsa daha geniş iqtisadi tərəfdaş kimi çıxış edir?
Mövzu ilə bağlı Oxu24.com-a İzmir Bakırçay Universitetinin dosenti, tanınmış türkiyəli iqtisadçı Doç. Dr. Sezer Bozkuş Kahyaoğlu geniş və ətraflı analiz təqdim edib.
Ekspert açıqlamasında bildirib ki, dünya iqtisadiyyatı jeopolitik güc balansının jeoiqtisadi alətlər vasitəsilə yenidən formalaşdığı yeni bir dövrə qədəm qoyur:
“Bu transformasiyanın əsas xüsusiyyəti dövlətlərin iqtisadi əlaqələrini yalnız ticarət və maliyyə mənfəəti üzərindən deyil, aynı zamanda malik olduqları jeopolitik mövqe, təhlükəsizlik prioritetləri və strateji hədəfləri çərçivəsində tənzimləmələridir. Başqa sözlə, ticarət, energetika, nəqliyyat, logistika, maliyyə və investisiya əlaqələri artıq təkcə iqtisadi vasitələr deyil, ölkələrin qlobal və regional güc potensialını artıran strateji amillərə çevrilir”.
Onun sözlərinə görə, bu çərçivədə, növbəti dövrdə eyni coğrafiyada yerləşən və ya ortaq siyasi və iqtisadi strukturlarda təmsil olunan ölkələrin bir-biri ilə daha sıx iqtisadi ünsiyyət və əməkdaşlıq inkişaf etdirəcəyi gözlənilir. Jeopolitik proseslərin yaratdığı zərurətlər yeni iqtisadi şəbəkələrin və regional inteqrasiya modellərinin ortaya çıxmasını sürətləndirəcəkdir. Bu dinamika xüsusilə Türk Dünyası və Türk Dövlətləri Təşkilatı kontekstində qiymətləndirildikdə daha da böyük məna kəsb edir.
İqtisadçı qeyd edib ki, Mərkəzi Asiya ölkələrinin dünya iqtisadiyyatındakı rolu Qərb iqtisadiyyatlarının Çin, Hindistan, Pakistan, İran və Yaxın Şərq ilə quracağı əlaqələrin xarakterindən asılı olaraq daha da artacaqdır. Bu səbəbdən formalaşan yeni jeoiqtisadi mənzərə yalnız Türkiyənin və ya Ankaranın strateji mövqeyini möhkəmləndirən bir proses kimi dəyərləndirilməməlidir:
“Türkiyə ilə yanaşı Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər Mərkəzi Asiya dövlətlərinin də qlobal iqtisadiyyatdakı strateji çəkisi artacaqdır. Bu məqamda Türkiyənin əhəmiyyəti yalnız Orta Dəhliz üzərində yerləşməsindən irəli gəlmir. Türkiyə Xəzər dənizindən Aralıq, Qara və Egey dənizləri vasitəsilə dünya okeanına çıxışı təmin edən strateji bir qovşaqdır. Bu vəziyyət açıq dənizə birbaşa çıxışı olmayan Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi ölkələr üçün son dərəcə mühüm jeoiqtisadi imkanlar yaradır. Qeyd olunan ölkələrin Azərbaycan və Türkiyə üzərindən açıq dənizlərə, dolayısı ilə qlobal bazarlara daha səmərəli inteqrasiyası yalnız nəqliyyat xərclərini azaltmayacaq, həm də ticarət, energetika, investisiya və maliyyə inteqrasiyası baxımından yeni imkanlar açacaqdır”.
"Azərbaycan yalnız tranzit ölkə deyil, regional mərkəzdir"
Sezer Bozkuş Kahyaoğlu vurğulayıb ki, buna görə də Orta Dəhlizin inkişafını yalnız Türkiyənin tranzit ölkə mövqeyinin güclənməsi kimi qiymətləndirmək natamam yanaşma olardı. Dəhlizin genişlənməsi həm də Qafqaz və Mərkəzi Asiyanın bütövlükdə dunya iqtisadiyyatına daha inteqrasiya olunması deməkdir:
“Müvafiq şərait yaradılacağı təqdirdə Gürcüstanın və hətta Ermənistanın da bu prosesdən birbaşa və ya dolayısı ilə iqtisadi mənfəət götürməsi mümkündür. Beləliklə, Orta Dəhliz sadəcə nəqliyyat marşrutu deyil, regional iqtisadi əlaqələri yenidən formalaşdıran jeoiqtisadi şəbəkə niyyətindədir.
Bu yeni strukturda Azərbaycan Xəzər Hövzəsinin strateji mərkəz ölkələrindən biri kimi önə çıxır. Azərbaycanın Xəzər dənizindəki coğrafi mövqeyi, enerji resursları, nəqliyyat qovşaqları və Qərb ilə əlaqələri ölkəyə regional iqtisadi mərkəzə çevrilmək potensialı qazandırır. Türkiyə ilə Azərbaycan arasındakı tarixi, mədəni, sosial, siyasi və iqtisadi tellər də bu potensialı gücləndirən mühüm amillərdəndir”.
Ekspert Türkiyə–Azərbaycan münasibətlərinin yalnız iki tərəfli əlaqələr müstəvisində görmək kifayət etmədiyini bildirib. Onun sözlərinə görə, bu münasibətlər daha geniş Türk Dünyası jeoiqtisadi şəbəkəsinin təməl daşlarından biri kimi nəzərdən keçirilməlidir:
“Ortaya çıxan iqtisadi güç mərkəzini yalnız Türkiyə üzərindən oxumaq da doğru olmazdı. Türkiyə üçün strateji baxımdan vacib olan Azərbaycanın və digər Türk Dövlətlərinin öz iqtisadi potensiallarını inkişaf etdirərək regional güç mərkəzlərinə çevrilmələridir.
Bu perspektivdən baxdıqda Türkiyənin Orta Dəhlizə yanaşmasının əsasında təkcə öz tranzit və ticarət imkanlarını artırmaq məqsədi durmur. Eyni zamanda region ölkələrinin iqtisadi rifahının yüksəldilməsi, istehsal və ticarət imkanlarının genişləndirilməsi və dunya iqtisadiyyatına, xüsusən də Avropa iqtisadiyyatına daha sıx inteqrasiya olunması hədəflənir. Regional ticarətin canlanması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və enerji marşrutlarının diversifikasiyası bu ölkələrin iqtisadi inkişaf səviyyəsinə müsbət töhfə verəcəkdir”.
İqtisadçı əlavə edib ki, bu kontekstdə Türkiyə və Azərbaycanın əhəmiyyəti onların müstəqil strateji mövqelərindən daha çox, bir-birini tamamlayan jeoiqtisadi xüsusiyyətlərindən qaynaqlanır. Azərbaycan Xəzər Hövzəsi ilə Mərkəzi Asiya arasında mühüm körpü rolu oynadığı halda, Türkiyə bu iqtisadi şəbəkənin Avropaya, Aralıq dənizinə, Qara dənizə və qlobal bazarlara çıxışını təmin edən kritik bir qapıdır. Beləliklə, Xəzər Hövzəsində formalaşan yeni iqtisadi mərkəz ilə qlobal iqtisadiyyat arasında Türkiyə üzərindən daha möhkəm əlaqə qurulur:
“Bu prosesdə maliyyə infrastrukturu da fiziki nəqliyyat infrastrukturu qədər böyük əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan arasındakı iqtisadi əlaqələrin beynəlxalq maliyyə sisteminə daha səmərəli inteqrasiyası, SWIFT infrastrukturu üzərindən həyata keçirilən pul axınlarının şəffaflığı və sərhədkeçid ticarətinin asanlaşdırılması baxımından vacibdir. Orta Dəhliz üzərindən gözlənilən ticarət dövriyyəsinin davamlı böyüməsi üçün fiziki bağlantılarla yanaşı etibarlı, sürətli və inteqrasiya olunmuş maliyyə altyapısı qurulmalıdır”.
S.B.Kahyaoğlu uzunmüddətli perspektivdə Azərbaycanın Xəzər Hövzəsində 'regional Sinqapur' oxşarı bir iqtisadi mərkəzə çevrilmə potensialının mövcud olduğunu da vurğulayıb:
“Bu transformasiyanın gerçəkləşməsi nəqliyyat-logistika infrastrukturunun inkişafı, enerji siyasəti, xarici investisiyalar, maliyyə inteqrasiyası, institusional potensial və regional siyasi sabitlik kimi bir çox amillərdən asılıdır. Həmçinin İran–ABŞ münasibətlərindəki dinamika və bunların regional təhlükəsizlik və ticarət marşrutlarına olası təsirləri də bu potensialın reallaşma formasını müəyyən edən xarici faktorlar sırasındadır. Bununla belə, mövcud qlobal meyllər Türkiyə və Azərbaycanın Avrasiyanın yenidən formalaşan jeoiqtisadi memarlığında dahi da mühüm güç mərkəzlərinə çevrildiyini göstərir. Bu yüksəliş yalnız iqtisadi göstəricilərlə izah olunmur. Hər iki ölkənin müdafiə qüdrəti, tarixi bağları, regional diplomatik əlaqələri və strateji mövqeləri də onların iqtisadi gücünü dəstəkləyən tamamlayıcı unsurlardır”.
“Nəticə etibarilə, Orta Dəhlizin inkişafını yalnız Türkiyənin iqtisadi və strateji dividentləri üzərindən qiymətləndirmək düzgün deyil. Regional ticarət və iqtisadi inteqrasiyanın dərinləşməsi marşrut üzərində yerləşən bütün ölkələrin iqtisadi rifahını və qlobal bazarlara çıxış imkanlarını artıracaqdır. Türkiyənin tarixi yanaşması da regional iqtisadi inkişafın təktərəfli deyil, qarşılıqlı asılılıq və ortaq rifah prinsipləri əsasında qurulmasından ibarətdir.
Bu səbəbdən önümüzdəki dövr yalnız jeopolitik sərhədlərin deyil, jeoiqtisadi şəbəkələrin də yenidən cızıldığı bir mərhələ olacaqdır. Orta Dəhliz, Türkiyə–Azərbaycan oxu və Xəzər Hövzəsi isə bu yeni jeoiqtisadi arxitekturanın ən mühüm sütunlarından birinə çevrilmək potensialına malikdir”, - deyə iqtisadçı ekspert fikrini tamamlayıb.
Çimnaz Telmanqızı
21:57 / 21 Avqust 2026
18
21:30 / 21 Avqust 2026
30
20:56 / 21 Avqust 2026
41
20:52 / 21 Avqust 2026
52
20:14 / 21 Avqust 2026
65
19:42 / 21 Avqust 2026
83
19:21 / 21 Avqust 2026
82
19:08 / 21 Avqust 2026
148
18:46 / 21 Avqust 2026
88
18:41 / 21 Avqust 2026
73
18:33 / 21 Avqust 2026
89
18:20 / 21 Avqust 2026
71
18:10 / 21 Avqust 2026
108
17:59 / 21 Avqust 2026
93
17:45 / 21 Avqust 2026
115
17:30 / 21 Avqust 2026
96
17:10 / 21 Avqust 2026
126
17:00 / 21 Avqust 2026
82
16:58 / 21 Avqust 2026
93
16:46 / 21 Avqust 2026
85
16:32 / 21 Avqust 2026
85
16:30 / 21 Avqust 2026
95
16:12 / 21 Avqust 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.