Qaynar xətt:

(+99450) 247 90 86

Ceyhun Bayramov: Azərbaycan sülh sazişi üzrə öhdəliklərini yerinə yetirib

Ceyhun Bayramov: Azərbaycan sülh sazişi üzrə öhdəliklərini yerinə yetirib

SİYASƏT

65

09.07.2026, 10:05

Azərbaycan sülh sazişinin yekunlaşdırılması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirib.

Oxu24.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sülh sazişinin mətni artıq paraflanıb və ictimaiyyətə açıqlanıb:

"Azərbaycan tərəfinin bununla bağlı yanaşması prinsipialdır. Prezident İlham Əliyev Azərbaycan dövlətinin rəsmi mövqeyini açıqlayıb. Bizim gözləntimiz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra sülh sazişi imzalana bilər".