İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
10 Noyabr 2026, 04:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
564
09.07.2026, 12:02
İranın Ermənistandakı səfiri Xəlil Şirqulami ötən gün İrəvanda keçirdiyi mətbuat konfransında Əli Xameneinin vida mərasimində Azərbaycan və Türkiyənin iştirakı ilə bağlı açıqlaması birmənalı qarşılana bilməz. Əlbəttə, səfir bu sözləri erməni jurnalistin qəsdlə verdiyi suala cavabında deyib, amma diplomatın işlətdiyi bəzi ifadələr düşündürücüdür.
Şirqulami bildirib ki, hər bir ölkə İranın ali lideri Əli Xamenei ilə vida mərasimində hansı səviyyədə iştirak edəcəyinə özü qərar verib: “İran vətəndaşı olaraq deyə bilərəm ki, biz bu tədbirdə Əliyev və Ərdoğanın (Azərbaycan və Türkiyə prezidentləri - red.) şəxsən iştirakını gözləyirdik. Türkiyə və Azərbaycan nümayəndə heyətlərini göndərdilər, amma bu fakt tarixi yaddaşda qalacaq”.
Şirqulami əlavə edib ki, Türkiyə bu tədbirin Ankarada keçirilən NATO sammitinə çox yaxın baş verdiyini və ölkə prezidentinin buna hazırlıqla məşğul olduğunu və buna görə də Xameneinin vida mərasimində iştirak edə bilmədiyini bildirib. Azərbaycanın lider səviyyəsində iştirak etməməsi ilə bağlı isə Şirqulami heç nə deməyib.
İran səfirinin “bu fakt tarixi yaddaşda qalacaq” sözlərinə görə buna cavab verilməsi vacibdir.
2003-cü ildə Azərbaycanın Ümumilli lideri, dünyanın nəhəng siyasətçilərindən və SSRİ-ni idarə edənlərdən biri kimi tarixə düşən Heydər Əliyevlə vida mərasimində kimlər iştirak edib?
Baxaq: Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Leonid Kuçma, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Moldova Prezidenti Vladimir Voronin, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze, Gürcüstan prezidenti vəzifəsini icra edən Nino Burcanadze, Moskva meri Yuri Lujkov və s.
Heydər Əliyevin dəfn mərasimində İranı prezidentin birinci müavini Rza Arifi təmsil edib.
İran Azərbaycanın Ümummilli liderinin dəfn mərasiminə ən yüksək səviyyədə - ölkənin lideri səviyyəsində qatılmayıb, hətta İran prezidenti də gəlməyib, yalnız müavini iştirak edib. İranda prezidentin səlahiyyətini nəzərə alsaq, prezidentin birinci müavininin reallıqda idarəetmə iyerarxiyasında ilk beşlikdə olmadığı bəllidir.
Yəni Şirqulaminin sözü ilə desək, zatən 2003-cü ildə İranın Heydər Əliyevin dəfn mərasimində iştirak faktı “tarixi yaddaşa yazılmışdı”.
Eyni zamanda Azərbaycan Əli Xameneinin vida mərasimində heç də aşağı səviyyədə təmsil olunmayıb: parlament sədri, baş nazirin müavini və XİN rəhbəri də daxil olmaqla, xüsusi nümayəndə heyəti Tehrana getmişdi. Bu, İran prezidentinin müavini səviyyəsində təmsilçilikdən daha yüksək heyətdir.
Digər tərəfdən, bu ilin 28 fevralında İranın ali rəhbəri Əli Xamenei öz iqamətgahında ABŞ və İsrailin hava hücumları nəticəsində həlak olandan sonra Azərbaycan Prezidenti İlham Əliyev 4 martda İranın Azərbaycandakı səfirliyinə şəxsən gedərək, başsağlığı verdi. ABŞ/İsrail və İran müharibəsinin ən qızğın çağında, ABŞ-la münasibətlər yüksək səviyyədə olduğu halda İlham Əliyev bu addımı atdı və Əli Xameneiyə görə İran səfirliyinə gedib, başsağlığı verən ilk və yeganə dövlət başçısı oldu.
Həmin günlərdə İranın Ermənistandakı səfiri nədənsə bu faktı xüsusi vurğulayıb, İlham Əliyevin bu cəsarətli addımının “tarixi yaddaşa yazıldığını” dilə gətirməmişdi – təəssüf ki!
Heç olmasa, ötən gün erməni jurnalistin sualına cavab verərkən, İlham Əliyevin bu addımını xüsusi vurğulayıb, “tarixi yaddaşını” təzələyə bilərdi...
04:34 / 10 Noyabr 2026
60
04:12 / 10 Noyabr 2026
74
02:34 / 10 Noyabr 2026
119
02:02 / 10 Noyabr 2026
115
01:30 / 10 Noyabr 2026
214
01:19 / 10 Noyabr 2026
366
01:00 / 10 Noyabr 2026
165
00:25 / 10 Noyabr 2026
686
00:20 / 10 Noyabr 2026
135
00:14 / 10 Noyabr 2026
333
00:08 / 10 Noyabr 2026
129
23:52 / 09 Noyabr 2026
220
23:52 / 09 Noyabr 2026
1871
23:48 / 09 Noyabr 2026
136
23:42 / 09 Noyabr 2026
343
23:37 / 09 Noyabr 2026
374
23:32 / 09 Noyabr 2026
168
23:28 / 09 Noyabr 2026
180
23:23 / 09 Noyabr 2026
142
23:17 / 09 Noyabr 2026
223
23:12 / 09 Noyabr 2026
170
23:09 / 09 Noyabr 2026
143
23:01 / 09 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.