Gicitkən çayı - kimlər içməlidir?
10 Noyabr 2026, 05:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
844
09.07.2026, 10:51
Yağan intensiv yağışlar və sel suları Zaqatala rayonunun bir sıra yaşayış məntəqələrinə ciddi ziyan vurub.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda ən ciddi problemlərdən biri şəhərin içməli su təminatı ilə bağlıdır.
"Sel nəticəsində yaranan fəsadlar səbəbindən Zaqatala şəhərinin bəzi ərazilərinə suyun verilməsi təxminən 10 gün müddətində mümkün olmaya bilər. Eyni zamanda, İkinci Tala kəndində də içməli su təchizatının bərpasının 10-15 gün çəkəcəyi ehtimal edilir.
Ötən gün Vöhtala kəndi ilə əlaqə müvəqqəti olaraq kəsilsə də, əhalinin təhlükəsiz ərazilərə təxliyəsi həyata keçirilib.
Sel suları Vöhtala, Aşağı Çardaxlar, Bəhmədli və Lahıc kəndlərində də ciddi fəsadlar törədib. Meşleş kəndində isə təhlükəsizlik məqsədilə sakinlər təxliyə olunublar.
Hazırda adıçəkilən kəndlərdə elektrik enerjisinin verilişi hələ də bərpa edilməyib. Bundan başqa, Zaqatala şəhərinin "Qaqarin" adlanan ərazisində də dünəndən etibarən qaz və elektrik enerjisinin verilməsində fasilələr yaranıb. 1 saylı poçt binasını sel yuyub.
Həyətlərə su dolduğu üçün toyuq çüçə tələf olub, əkin sahələri, fındıq bağları, mövsümi tərəvəz sahələrinə ziyan dəyib.
Hazırda hava günəşlidir və aidiyyəti qurumların əməkdaşları selin fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirirlər", - deyə məlumatda bildirilir. (Oxu.az)
04:34 / 10 Noyabr 2026
60
04:12 / 10 Noyabr 2026
74
02:34 / 10 Noyabr 2026
119
02:02 / 10 Noyabr 2026
115
01:30 / 10 Noyabr 2026
214
01:19 / 10 Noyabr 2026
366
01:00 / 10 Noyabr 2026
165
00:25 / 10 Noyabr 2026
686
00:20 / 10 Noyabr 2026
135
00:14 / 10 Noyabr 2026
333
00:08 / 10 Noyabr 2026
129
23:52 / 09 Noyabr 2026
220
23:52 / 09 Noyabr 2026
1871
23:48 / 09 Noyabr 2026
136
23:42 / 09 Noyabr 2026
343
23:37 / 09 Noyabr 2026
374
23:32 / 09 Noyabr 2026
168
23:28 / 09 Noyabr 2026
180
23:23 / 09 Noyabr 2026
142
23:17 / 09 Noyabr 2026
223
23:12 / 09 Noyabr 2026
170
23:09 / 09 Noyabr 2026
143
23:01 / 09 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.