Azərbaycanda dəfn mərasimi üçün 69 350 manat xərclənib – ŞOK SİYAHI
20 Sentyabr 2026, 00:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
413
08.07.2026, 19:55
Azərbaycan və Özbəkistan arasında birgə logistika mərkəzinin yaradılması, ölkəmizin beynəlxalq nəqliyyat qovşağı statusunu daha da möhkəmləndirəcək. Bu layihə prioritet məkan olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanının infrastrukturu və respublikanın dəmir yolu şəbəkəsi ilə inteqrasiya olunmuş ərazidə nəzərdən keçirilir. Yeni mərkəz Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən qlobal marşrutların səmərəliliyini artırmağa xidmət edəcək. Müştərək platforma regional ticarət dövriyyəsinin genişlənməsinə və investisiya axınına əlavə təkan verəcək. Logistika sahəsindəki bu strateji addım Azərbaycanın qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını iqtisad üzrə fəlsəfə doktoru, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev cavablandırıb.
R.Atakişiyev bildirib ki, Azərbaycan Orta Dəhliz üzərində yerləşən mühüm tranzit ölkə olduğundan bu gün həm Çin və Avropa, həm də Şimal və Cənub arasında əsas mövqedə dayanır:
“Xüsusilə, Çindən gələn məhsulların Avropaya və əks istiqamətə daşınmasında ölkəmizin rolu böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan öz məhsullarını Azərbaycan üzərindən qərb bazarlarına çıxarmaq imkanı əldə edirlər və hazırda da çıxarırlar. Ona görə də onların çoxu məhsulların daha asan, operativ hərəkəti və anbarlarda yerləşdirilməsi üçün özlərinin logistika mərkəzlərini formalaşdırmağa çalışırlar. Biz bənzər əməkdaşlığı Qazaxıstanla da müşahidə edirik”.
İqtisadçı qeyd edib ki, Ələt Azad İqtisadi Zonasında Özbəkistan və Azərbaycan arasında belə bir logistika mərkəzinin qurulması olduqca əhəmiyyətlidir:
“Bildiyimiz kimi, həmin bölgə xüsusi gömrük və vergi zonasıdır, orada müəyyən azadolmalar mövcuddur. Azərbaycan iqtisadiyyatı üçün əsas töhfə ondan ibarətdir ki, tranzit ölkə kimi buradan keçən məhsullara xidmət göstərilməsi və daşıma prosesi yerli şirkətlərin iştirakını genişləndirəcək. Bu isə dolayısı yolla ölkə büdcəsinə gələn gəlirlərə müsbət təsir göstərəcəkdir”.
Yekunda R.Atakişiyev əlavə edib ki, ən başlıca əhəmiyyət isə ondan ibarətdir ki, Orta Dəhlizdən nə qədər çox ölkə və xüsusilə Azərbaycanın bu mövqeyindən istifadə edərsə, ölkəmizin Orta Dəhlizdəki yeri və önəmi daha da artacaq. Bu da dünyada mövcud olan digər paralel dəhlizlərlə rəqabətdə Azərbaycanın üstünlük əldə etməsinə köməklik göstərəcəkdir.
Çimnaz Telmanqızı
00:20 / 20 Sentyabr 2026
1
00:18 / 20 Sentyabr 2026
9
00:01 / 20 Sentyabr 2026
26
23:56 / 19 Sentyabr 2026
38
23:51 / 19 Sentyabr 2026
33
23:48 / 19 Sentyabr 2026
38
23:46 / 19 Sentyabr 2026
35
23:44 / 19 Sentyabr 2026
34
23:44 / 19 Sentyabr 2026
34
23:34 / 19 Sentyabr 2026
40
23:33 / 19 Sentyabr 2026
155
23:31 / 19 Sentyabr 2026
282
23:24 / 19 Sentyabr 2026
46
23:20 / 19 Sentyabr 2026
47
23:17 / 19 Sentyabr 2026
52
23:13 / 19 Sentyabr 2026
56
23:08 / 19 Sentyabr 2026
65
23:01 / 19 Sentyabr 2026
62
22:58 / 19 Sentyabr 2026
38
22:54 / 19 Sentyabr 2026
59
22:39 / 19 Sentyabr 2026
61
22:29 / 19 Sentyabr 2026
70
22:13 / 19 Sentyabr 2026
311
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.