Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
10 Noyabr 2026, 12:31
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
715
24.06.2026, 20:42
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada, tarixi Cıdır düzündə görüşüblər. Görüş zamanı Prezident İlham Əliyev Türkmənistan dövlətinin başçısına "Mərd" adlı Qarabağ atını hədiyyə edib.
Şuşada, xüsusilə də Cıdır düzündə baş tutan bu tarixi görüşün regional və beynəlxalq müstəvidə hansı mesajları ehtiva etdiyini Oxu24.com-a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, Türkmənistan Prezidentinin Azərbaycana səfəri, eləcə də bu səfər çərçivəsində Şuşaya, Cıdır düzünə ziyarət etməsi olduqca böyük əhəmiyyət daşıyır.
“Münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur"
E.Xalidbəyli qeyd edib ki, bu ziyarət Türkmənistanın Azərbaycanla münasibətlərini yeni inkişaf mərhələsinə keçirməyə başladığını göstərir:
“İki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bu da onu göstərir ki, iki türk dövləti yaxın gələcək üçün daha sıx və faydalı əməkdaşlıq niyyətləri güdürlər".
Politoloqun sözlərinə görə, bu əməkdaşlıq həm regional, həm də beynəlxalq səviyyədə böyük əhəmiyyət kəsb edir. Türkmənistanın Orta Asiyanı təmsil etdiyini xatırladan ekspert vurğulayıb ki, Azərbaycan yaxın gələcəkdə reallaşması gözlənilən Zəngəzur dəhlizinin əsas tərkib hissələrindən biridir. Yəni, ölkəmiz Orta dəhlizin aparıcı dövlətlərindəndir.
Bu baxımdan, Avropanı Asiya ilə birləşdirəcək bir məkanda yerləşən Azərbaycanla bu qitənin önəmli bir parçası, həm də türk dövləti olan Türkmənistanın münasibətlərinin inkişafı həm regional, həm də qlobal səviyyəli mesajlar verir.
Politoloq əlavə edib ki, Azərbaycan və Türkmənistanın Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində də genişmiqyaslı münasibətləri mövcuddur:
“Bu münasibətlər əsasən iqtisadi-ticari və siyasi-ideoloji məzmun daşıyır. Bütün dünya görür ki, Azərbaycan türk dövlətləri arasında avanqard mövqelərə malik ölkədir və həm türk dövlətləri, həm də Asiya ölkələri üçün cazibə mərkəzinə çevrilib. Bu da beynəlxalq məkanda Azərbaycanın mövqelərini və siyasi iradəsini gücləndirən önəmli faktordur".
Türkmənistanla münasibətlərin gələcək perspektivlərinə toxunan E.Xalidbəyli bildirib ki, bu yaxınlaşma həm iqtisadi-ticari, həm də enerji tranziti sahəsində ortaq fəaliyyətin daha genişmiqyaslı xarakter daşıyacağından xəbər verir. Türkmənistanın da Azərbaycan kimi zəngin enerji resursları ölkəsi olduğunu qeyd edən politoloq, rəsmi Aşqabad üçün öz enerji resurslarına yeni bazarlar, xüsusilə də Avropa istiqamətinə açılım baxımından Azərbaycanın böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Sonda politoloq qeyd edib ki, bütün bu amillər iki ölkə arasındakı əlaqələrin inkişafının hər iki tərəf üçün xüsusi əhəmiyyət daşıdığını, eləcə də maliyyə-iqtisadi və ticari anlamda böyük faydalar vəd etdiyini nümayiş etdirir. Yaxın gələcəkdə həm Azərbaycan, həm də Türkmənistan bu yaxınlaşmanın olduqca ciddi və müsbət nəticələrini görməyə başlayacaqlar.
Çimnaz Telmanqızı
12:37 / 10 Noyabr 2026
60
12:31 / 10 Noyabr 2026
47
12:21 / 10 Noyabr 2026
120
12:18 / 10 Noyabr 2026
66
12:04 / 10 Noyabr 2026
95
12:00 / 10 Noyabr 2026
224
11:45 / 10 Noyabr 2026
1403
11:42 / 10 Noyabr 2026
86
11:39 / 10 Noyabr 2026
97
11:28 / 10 Noyabr 2026
104
11:16 / 10 Noyabr 2026
167
11:04 / 10 Noyabr 2026
109
10:45 / 10 Noyabr 2026
118
10:39 / 10 Noyabr 2026
839
10:32 / 10 Noyabr 2026
108
10:28 / 10 Noyabr 2026
164
10:21 / 10 Noyabr 2026
209
10:17 / 10 Noyabr 2026
129
10:15 / 10 Noyabr 2026
164
10:10 / 10 Noyabr 2026
152
09:50 / 10 Noyabr 2026
1217
09:46 / 10 Noyabr 2026
129
09:35 / 10 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.