Ərdoğan təkcə onu qarşılamadı..- Video
11 Noyabr 2026, 18:17
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
542
16.05.2026, 13:33
Prezident İlham Əliyev mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.
Oxu24.com xəbər verir ki, Anaklaudia Rossbax Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı gördüyü işlərin onda dərin təəssürat hissi yaratdığını deyərək, bu mötəbər tədbirin təşkili ilə əlaqədar Azərbaycanın tətbiq etdiyi innovativ yanaşmaları alqışladığını vurğuladı, onların sessiyanın daha məzmunlu keçirilməsinə zəmin yaratdığını qeyd etdi.
Bütün bunlara görə Azərbaycan tərəfinə minnətdarlıq edən qonaq ölkənin bu tədbirə möhtəşəm ev sahibliyi edəcəyinə əminliyini bildirdi.
Anaklaudia Rossbax COP29-un Azərbaycanda yüksək səviyyədə keçirildiyini xatırladaraq, bunun ardınca ölkədə WUF13 kimi tədbirin təşkilinin önəminə toxundu. O, COP və WUF-un BMT sistemində ən böyük tədbirlər hesab olunduğunu deyərək vurğuladı ki, mahiyyəti etibarilə Azərbaycan bu tədbirlər arasında əlaqə yaradıb.
Qonaq ölkənin BMT-nin Məskunlaşma Proqramının fəaliyyətinə verdiyi könüllü maliyyə töhfələrini yüksək qiymətləndirdi, Azərbaycan-UN-Habitat əməkdaşlığını, o cümlədən ölkədə keçirilən Milli Şəhərsalma forumları ənənəsini təqdir etdiyini dedi. O, bundan sonra da əməkdaşlığın uğurla davam edəcəyinə ümidvarlığını bildirdi.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən dövlət başçısı vurğuladı ki, Azərbaycan tərəfindən tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri addımlar atılıb. Prezident İlham Əliyev bir neçə gün əvvəl Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə yerində tanış olduğunu xatırlatdı, bu tədbirin nəticəyönümlü olacağına ümidvarlığını ifadə etdi.
Dövlət başçısı Azərbaycanın Ümumdünya Şəhərsalma Forumu təcrübəsinin, həmçinin ölkədə şəhərsalma sahəsində tətbiq olunan innovativ yanaşmaların, işğaldan azad edilmiş ərazilərdə postmünaqişə şəraitində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasının digər ölkələr üçün də nümunəvi xarakter daşıdığını bildirdi və ölkənin bu təcrübəni bölüşməyə hazır olduğunu dedi.
Söhbət zamanı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramının fəaliyyətini dəstəklədiyi məmnunluqla vurğulandı, ölkə ilə bu qurum arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparıldı.
Görüşdən sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında WUF13 Bakı standartlarına əsasən gələcəkdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumun sessiyalarına ev sahibliyi üzrə əməliyyat təlimatının birgə hazırlanmasında əməkdaşlıq etmək məqsədilə Niyyət Məktubu imzalandı. Gələcək sessiyalara ev sahibliyi edəcək tərəflərə qərarqəbuletmə prosesinə dəstək olmaq üçün nəzərdə tutulan sənəd Bakıda keçirilən WUF13-ün uğurlu hazırlıq mərhələsinə əsaslanmaqla, növbəti tədbirlərin operativ səmərəliliyini artırmağı hədəfləyir.

19:07 / 11 Noyabr 2026
30
18:42 / 11 Noyabr 2026
245
18:39 / 11 Noyabr 2026
108
18:35 / 11 Noyabr 2026
109
18:30 / 11 Noyabr 2026
135
18:29 / 11 Noyabr 2026
143
18:23 / 11 Noyabr 2026
111
18:17 / 11 Noyabr 2026
160
18:13 / 11 Noyabr 2026
118
18:06 / 11 Noyabr 2026
573
18:01 / 11 Noyabr 2026
99
17:42 / 11 Noyabr 2026
257
17:40 / 11 Noyabr 2026
168
17:35 / 11 Noyabr 2026
325
17:16 / 11 Noyabr 2026
103
17:13 / 11 Noyabr 2026
220
17:12 / 11 Noyabr 2026
106
16:35 / 11 Noyabr 2026
120
16:07 / 11 Noyabr 2026
173
16:04 / 11 Noyabr 2026
419
16:01 / 11 Noyabr 2026
133
16:00 / 11 Noyabr 2026
114
15:50 / 11 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.