Qaynar xətt:

(+99450) 247 90 86

Rubio Zelenskini yalan danışmaqda ittiham etdi - Video

Rubio Zelenskini yalan danışmaqda ittiham etdi - Video

SİYASƏT

129

27.03.2026, 23:25

ABŞ-nin Dövlət katibi Marko Rubio Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonun təhlükəsizlik təminatları müqabilində Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını tələb etdiyi barədə bəyanatını təkzib edib.

Oxu24.com  xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. 

“Bu yalandır. Mən onun bunu dediyini gördüm. Onun belə deməsi təəssüf doğurur, çünki o bunun doğru olmadığını bilir”, - Rubio bildirib.

“Ona bəlli məsələlər deyilib: müharibə bitməyənə qədər təhlükəsizlik təminatları qüvvəyə minməyəcək”. 

Rubionun sözlərinə görə, təhlükəsizlik təminatı dedikdə müdaxilə etməyə və təhlükəsizliyi təmin etməyə hazır olan qoşunlar nəzərdə tutulur. 

“Ona çox aydın şəkildə deyilən və onun başa düşməli olduğu budur ki, təhlükəsizlik təminatları yalnız müharibə bitdikdən sonra verilir. Lakin bunun ərazinin təhvil verilməsi şərti ilə əlaqəsi yoxdur. Bilmirəm niyə o belə şeylər deyir. Bu, sadəcə doğru deyil”, - Rubio bəyan edib.

ABŞ Dövlət katibi Zelenskiyə tamam başqa şey deyildiyini iddia edib: