Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib
25 May 2026, 11:11
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
5020
17.10.2025, 23:49
Prezident Administrasiyasının sabiq rəhbəri, Təhlükəsizlik Şurasının üzvü Ramiz Mehdiyevin hakimiyyəti ələ keçirməyə yönəlik əməlləri ilə bağlı açıqlanan detallar ölkədə rezonans doğurub.
Məlumata görə, Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etmək üçün plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Moskvaya təklif edib. Plana əsasən, hakimiyyətin zorla ələ keçirilməsindən sonra Mehdiyevin rəhbərliyi altında Dövlət Şurası formatında mexanizm yaradılacaqmış. Hətta bu qurumda təmsil olunacaq şəxslərin məlumatları da Rusiya ilə paylaşılıb, yəni belə demək mümkünsə, Mehdiyev öz “kabinetini” formalaşdırıb.
Sözügedən siyahıda kimlərin adı ola bilər?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ramiz Mehdiyevin işi üzrə aparılan tədqiqat dar çərçivə ilə məhdudlaşmayacaq:
“Artıq istintaqın ilkin mərhələsində yayılan məlumatlar onu göstərir ki, 87 yaşlı bu şəxs hakimiyyətdən kənarlaşdırılsa da, ona lazımından çox ehtiram, hörmət göstərilib. Hətta təqaüdə göndərilsə belə, iddialarından əl çəkməyib. Yaşına rəğmən dövlət işlərinə qarışıb, idarə etmək niyyətində olub. Ötən ilin 25 dekabrında AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra Azərbaycanla Rusiya arasındakı yaranan gərginlikdən faydalanaraq Moskvaya növbəti dəfə öz xidmətini təqdim etməyə çalışıb.
Azərbaycan cəmiyyəti onsuz da bilirdi ki, Rusiyanın ölkəmizdə 5-ci kolonun əsas aparıcı şəxsi Ramiz Mehdiyevdir. Hakimiyyətdə uzun müddət təmsil edilmək, bir çox dövlət strukturlarına xeyli sayda adam yerləşdirmək və biznes imperiyası qurmaqla dövləti idarə etməyə cəhd göstərib.Məhz onun hakimiyyətdə təmsil edildiyi dövrdə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi ilə bağlı problemlər mövcud olub. Eyni zamanda ordu rəhbərliyində Ramiz Mehdiyevlə əlaqəli, Rusiyaya yaxın çox sayda hərbçi bu prosesə əngəl yaradırdılar”.
Politoloq bildirib ki, Ramiz Mehdiyevin siyahısında kimlərin olmasına dair müxtəlif təxminlər var:
“Bizim də fərqli versiyalarımız var, amma hansısa şəxsin adını istintaq araşdırması olmadan çəkməyi doğru hesab etmirəm. Müxtəlif versiyalar mövcuddur. Məsələn, Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və sabiq səhiyyə naziri Əli İnsanov kimi şəxslərin adları bu məsələdə hallansa da, nəzərə almaq lazımdır ki, “günahsızlıq prezumpsiyası” prinsipi mövcuddur. Həqiqətən də müxtəlif adların hallandırılması istintaqın gedişinə müəyyən kölgə sala bilər. Bu məsələyə yalnız adı çəkilən şəxslərlə deyil, daha geniş spektrdə baxmaq lazımdır. Keçmiş nazirlər, deputatlar, bu gün belə vəzifədə olan bir çox şəxslər ola bilər. Yenə də bu sualların dəqiq cavabı istintaq nəticəsində müəyyən ediləcək”.
Turan Rzayev
11:11 / 25 May 2026
1
11:02 / 25 May 2026
16
11:00 / 25 May 2026
18
10:57 / 25 May 2026
34
10:54 / 25 May 2026
116
10:51 / 25 May 2026
35
10:35 / 25 May 2026
56
10:22 / 25 May 2026
67
10:16 / 25 May 2026
65
10:15 / 25 May 2026
61
10:10 / 25 May 2026
56
09:46 / 25 May 2026
64
09:30 / 25 May 2026
213
09:18 / 25 May 2026
67
08:55 / 25 May 2026
323
08:45 / 25 May 2026
115
08:43 / 25 May 2026
74
08:25 / 25 May 2026
537
08:20 / 25 May 2026
78
00:05 / 25 May 2026
233
00:01 / 25 May 2026
390
00:01 / 25 May 2026
2748
23:58 / 24 May 2026
417
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.