Rusiya Baş nazirin müavini Ermənistanın Aİ-yə qoşulmaq istəyinə münasibət bildirib
27 May 2026, 20:53
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
989
23.09.2025, 05:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Nyu-Yorkda "Blackstone" şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb.
Oxu24.com xəbər verir ki, Conatan Qrey Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını vurğulayıb. O, rəhbərlik etdiyi şirkətin Azərbaycanla, xüsusilə də Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu qeyd edib və ölkəmizdə formalaşmış əlverişli investisiya mühitini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında aparıcı maliyyə institutları ilə əməkdaşlığa böyük önəm verdiyini deyərək, ölkəmizdə sabitlik, şəffaflıq və davamlı inkişaf prinsipləri əsasında formalaşmış iqtisadi mühitin yeni tərəfdaşlıqlar üçün əlverişli zəmin yaratdığını vurğulayıb.
Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən biri olan "Blackstone" 1985-ci ildə Nyu-Yorkda təsis olunub. Şirkət özəl kapital, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri, bərpaolunan enerji və hedc fondları üzrə investisiya portfellərini idarə edir. Hazırda "Blackstone"un idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından artıqdır. Baş ofisi Nyu-Yorkda yerləşən şirkət London, Honq Konq, Dubay, Sinqapur və Tokio da daxil olmaqla dünyanın 27 şəhərində fəaliyyət göstərir.
Məqaləyə dair fotomateriallar:
21:23 / 27 May 2026
19
21:18 / 27 May 2026
56
21:16 / 27 May 2026
45
21:05 / 27 May 2026
171
20:53 / 27 May 2026
58
20:51 / 27 May 2026
66
20:41 / 27 May 2026
99
20:33 / 27 May 2026
432
20:29 / 27 May 2026
58
20:25 / 27 May 2026
75
20:12 / 27 May 2026
67
19:55 / 27 May 2026
82
19:45 / 27 May 2026
63
19:34 / 27 May 2026
70
19:32 / 27 May 2026
59
19:27 / 27 May 2026
105
19:27 / 27 May 2026
73
19:20 / 27 May 2026
781
19:05 / 27 May 2026
151
18:57 / 27 May 2026
110
18:55 / 27 May 2026
88
18:47 / 27 May 2026
105
18:45 / 27 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.