Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
820
13.08.2025, 10:53
8 avqustda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Paraflanmış mətn ötən gün Xarici İşlər Nazirliyi tərəfindən ictimailəşdirilib. Sənəddə göstərilən maddələrdən biri də yekun sülh sazişinin qəbul edilməsindən sonra ölkələrin qarşılıqlı diplomatik münasibət qurması ilə bağlıdır.
Sazişin V maddəsində göstərilir:
“Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra __ gün ərzində öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar”.
Sazişin bu maddəsinə əsasən demək olar ki, yaxın gələcəkdə Azərbaycanın Ermənistanda səfirliyi açıla bilər.
Uzun müddət qanlı müharibə və düşmənçilikdən sonra əldə edilən barışın ardından İrəvana göndəriləcək səfir heç şübhəsiz ki, digər ölkələrə təyin olunan diplomatlardan fərqlənməli olacaq.
İrəvana səfir gedəcək şəxsin hansı keyfiyyətlərə malik olması vacib mövcuddur.
Oxu24.com xəbər verir ki, “Modern.az” mövzu ilə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarovla həmsöhbət olub.
O bildirib ki, Ermənistana təyin olunacaq səfirin erməni dilini bilməsi və bu xalqın xüsusiyyətlərinə bələd olması daha yaxşı olar:
Həmçinin oxuyun
“Ermənistana səfir təyin ediləcək şəxs yaxşı olardı ki, təcrübəli bir diplomat olsun.
Bu vacib deyil ki, şəxs mütləq diplomat olsun, kənardan da kimisə təyin etmək olar.
Yaxşı olardı ki, səfir erməni dilini bilsin. Dil bilmək çox önəmlidir.
Ümumiyyətlə, erməni xalqının xüsusiyyətlərini başa düşüb, anlamalıdır. Ancaq Azərbaycanla Ermənistan arasında əsas sülh sazişi imzalanandan sonra bir də diplomatik əlaqələri qurmaq haqda sənəd imzalanmalıdır. Diplomatik əlaqələri qurmaq üçün xüsusi sənəd var. Belədə səfiri təyin edə bilməzsən.
Gərək həmin sənəd imzalansın. Ondan sonra müzakirə edilə bilər ki, kim səfir olmalıdır, neçə nəfər səfirliyin əməkdaşı olmaldır. Qalanları texniki məsələlərdir”.
Elmar Məmmədyarov özünün İrəvanda səfir kimi çalışmağa hazır olub-olmadığı ilə bağlı sualımıza belə cavab verib:
“Sualın 1 cavabı var: necə məsləhətdir”.
21:58 / 13 Dekabr 2025
67
21:34 / 13 Dekabr 2025
327
21:21 / 13 Dekabr 2025
42
21:19 / 13 Dekabr 2025
48
21:15 / 13 Dekabr 2025
42
21:02 / 13 Dekabr 2025
43
20:49 / 13 Dekabr 2025
235
20:44 / 13 Dekabr 2025
54
20:36 / 13 Dekabr 2025
53
20:26 / 13 Dekabr 2025
61
20:01 / 13 Dekabr 2025
221
19:53 / 13 Dekabr 2025
73
19:21 / 13 Dekabr 2025
345
19:16 / 13 Dekabr 2025
103
18:32 / 13 Dekabr 2025
961
18:12 / 13 Dekabr 2025
163
18:02 / 13 Dekabr 2025
108
17:43 / 13 Dekabr 2025
1649
17:09 / 13 Dekabr 2025
105
16:55 / 13 Dekabr 2025
338
15:58 / 13 Dekabr 2025
114
15:47 / 13 Dekabr 2025
103
15:39 / 13 Dekabr 2025
125
15:08 / 13 Dekabr 2025
2871
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.