Kürdəmirlilərə şad xəbər: Prezident sərəncam İMZALADI
31 İyul 2025, 13:56
Qaynar xətt:
(+99450) 247 90 86Prezidentlə təkbətək görüşü oldu - Fotolar
SİYASƏT
878
16.07.2025, 12:25
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.
Oxu24.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb.
Dövlət başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdiriblər.
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Hörmətli Qurbanqulu Məlikquliyeviç.
Azərbaycana xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram. Əminəm ki, səfəriniz Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlərimiz var və əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bu gün fikir mübadiləsi aparacağıq.
Əziz qardaşım, bir daha xoş gəlmisiniz Azərbaycana.
***
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov çıxış edərək deyib:
- Hörmətli İlham Heydər oğlu.
Hörmətli nümayəndə heyətlərinin üzvləri.
Əvvəlcə icazə verin, Azərbaycana səfərə dəvət etdiyinizə, göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə Sizə ürəkdən təşəkkür edim.
Mən, həmçinin Türkmənistan Prezidenti Zati-aliləri Sərdar Berdiməhəmmədovun səmimi salamlarını və xoş arzularını Sizə çatdırmaqdan şərəf duyuram.
Azərbaycan Respublikasına bu səfərimin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir.
Ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edərdim: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq.
Həmçinin oxuyun
Biz möhkəm tarixi bünövrəyə, iki xalqın ortaqlığına və qohumluğuna, bir-birinə qarşılıqlı ehtiyacının olması anlayışına, xalqlarımızın və dövlətlərimizin rifahı, onların əmin-almanlığı və tərəqqisi naminə məcmu siyasi, iqtisadi, resurs potensialından istifadə etməyə hazır olmağa əsaslanırıq.
Qanunauyğun haldır ki, Türkmənistan və Azərbaycan bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlığımız məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Bunun əsas, həlledici amili ölkələrimizin liderləri arasında əldə edilmiş ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimaddır. Bu, bizə ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə düzgün və vaxtında qərarlar verməyə, əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin etməyə imkan yaradır.
Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir. Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir.
Ən böyük beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT-də, bir sıra regional strukturlarda uğurla və səmərəli əməkdaşlıq edirik. Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin 17-ci Zirvə görüşünün bu yaxınlarda Xankəndi şəhərində uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik etmək istərdim.
İqtisadi-ticari tərəfdaşlıq uğurla inkişaf edir, onun keyfiyyət və kəmiyyət göstəriciləri artır.
Mədəniyyət, elm, təhsil, şəxsi və insani səviyyələrdə ənənəvi əlaqələr genişlənir.
Dövlətlərarası münasibətlərin çox mühüm elementləri olan parlamentlərarası əlaqələrin, xalq diplomatiyasının əhəmiyyəti və rolu artır.
Əminəm ki, bu səfər Türkmənistan ilə Azərbaycanın bundan sonra da yaxınlaşması, əməkdaşlığın uzunmüddətli strategiyasının reallaşdırılması kontekstində razılaşdırılmış yanaşmaların işlənib hazırlanmasında mühüm amilə çevriləcək.
Hörmətli İlham Heydər oğlu, qardaş Azərbaycan torpağında hər zaman səmimi qarşılandığımıza görə Sizə bir daha təşəkkür edirəm.
Çox sağ olun.
***
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Xahiş edirəm, mənim də salamlarımı hörmətli Prezident Sərdar Berdiməhəmmədova çatdırasınız.
21:19 / 31 İyul 2025
Avropanın ən böyük kazinosu olacaq - Emin təqdim etdi - VİDEO
48
21:10 / 31 İyul 2025
“Azərbaycanla əlaqə qura bilməsək, günah bizdədir” - Pezeşkian
15
16:09 / 31 İyul 2025
Türkiyə-Gürcüstan əməkdaşlığı dərinləşir
53
15:10 / 31 İyul 2025
Lavrov: Rusiya Suriyada vəziyyəti normallaşdırmaq istəyir
52
15:06 / 31 İyul 2025
Rusiyada 8,8 bal gücündə zəlzələdən sonra vulkan püskürüb
56
14:43 / 31 İyul 2025
“Aztelekom” sabiq direktorunun oğlu məhkəməyə gəlmir
108
14:30 / 31 İyul 2025
Rusiya Afrikaya üz tutdu
60
14:26 / 31 İyul 2025
Azərbaycanda zəlzələ oldu
875
14:20 / 31 İyul 2025
Medvedev Trampla internetdə mübahisə edib
66
14:19 / 31 İyul 2025
Yarışda dəhşət yaşandı: İnsanlar öldülər (18+)
85
14:16 / 31 İyul 2025
Lukaşenkodan səfərbərlik tələbi
62
14:15 / 31 İyul 2025
Qazaxıstan Rusiyanın xidmətlərindən imtina edib
69
14:12 / 31 İyul 2025
Tramp Moskvanın cəza müddətini qısaldıb
60
14:10 / 31 İyul 2025
Sinoptik: Moskvalıları həftənin sonuna qədər qızmar gecələr gözləyir
60
14:05 / 31 İyul 2025
Politico: Tramp AB-dən Rusiya enerjisini almağı dayandırmağı tələb edir
63
13:56 / 31 İyul 2025
Kürdəmirlilərə şad xəbər: Prezident sərəncam İMZALADI
300
13:40 / 31 İyul 2025
Litvanın baş naziri istefa verib
66
13:39 / 31 İyul 2025
Attraksion qırıldı: İnsanlar yerə çırpıldı
249
13:29 / 31 İyul 2025
Prezident Fərman İMZALADI
680
13:25 / 31 İyul 2025
İran ABŞ-dən kompensasiya istəyir
62
13:20 / 31 İyul 2025
Lukaşenko ABŞ və Belarus arasında münasibətlərdən danışıb
63
13:15 / 31 İyul 2025
Kanada Fələstini tanımaq istəyir
59
13:05 / 31 İyul 2025
Paşinyanın ofisindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
73
13:00 / 31 İyul 2025
Tanınmış həkim VƏFAT ETDİ
463
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.