Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2186
11.07.2025, 18:46
Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən son görüşə münasibət bildirərək bir sıra diqqətçəkən iddialar irəli sürüb. O, bu görüşün Ermənistan üçün risklər doğurduğunu iddia edib və əsas təhlükənin Paşinyanın qeyri-sabit siyasətindən qaynaqlandığını deyib.
Deputat Zəngəzur dəhlizi və sərhədlərin demarkasiyası məsələsində Ermənistanın geridə qaldığını vurğulayıb və bunun ölkənin təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb ola biləcəyini bildirib. O, Paşinyanın Sünik ərazsini Azərbaycana verdiyini iddia edib.
Bəs, həqiqətən də, Sünik ərazisi (Zəngəzurun bir hissəsi) Azərbaycana qaytarıla bilər?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli News24.az-a açıqlamasında bildirib ki, Əbu-Dabidəki görüş regionun gələcəyini müəyyən edə biləcək tarixi razılaşmaların təməlini qoydu:
"Görüşdə tərəflər arasında bir sıra mühüm razılaşmaların əldə olunduğu ehtimal edilir, lakin həmin detallı məlumatlar hələlik ictimaiyyətə açıqlanmayıb. Mətbuata verilən açıqlamalardan aydın olur ki, tərəflər sülh prosesi, kommunikasiya xətlərinin açılması, sərhəd məsələləri də daxil olmaqla bir çox vacib mövzuları müzakirə ediblər. Bu məlumatların konkret detalları yalnız Prezident İlham Əliyevə və Baş nazir Nikol Paşinyana məlumdur".
Həmçinin oxuyun
Elçin Xalidbəyli xüsusilə rusiyalı deputat Vitali Milonovun iddialarına toxunaraq bu məlumatların onun kimi şəxslərə necə çatdığı sualını gündəmə gətirib:
"Əgər görüşdə heç bir vasitəçi iştirak etməyibsə, rusiyalı deputat haradan və hansı əsasla deyə bilər ki, Paşinyan Ermənistanın müəyyən ərazilərini Azərbaycana verməyə razılaşıb? Bu cür açıqlamalar ciddi suallar doğurur. Görünür, Rusiya tərəfi bu proseslərdən kənarda qalmasından narahatdır və Ermənistan cəmiyyətini qıcıqlandıracaq bəyanatlarla sülh prosesinə təzyiq göstərməyə çalışır".
Politoloq qeyd edir ki, Rusiya Cənubi Qafqazda təsir imkanlarını itirmək üzrədir və bu səbəbdən dezinformasiya, siyasi manipulyasiya və ictimai qızışdırma yollarına əl atır:
"Ermənistan daxilində siyasi gərginlik yaratmaqla, Rusiya həm Ermənistanı qərarsız saxlamağa, həm də regionda sülh prosesini pozmağa çalışır. Bu, açıq-aşkar siyasi oyun və qərəzli müdaxilə cəhdidir".
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.