Qaynar xətt:

(+99450) 247 90 86

“İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşünü uğurlu hesab edirik” - Ermənistan XİN

SİYASƏT

1005

11.07.2025, 09:40

“Ermənistan Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Əbu-Dabi görüşünü uğurlu kimi qiymətləndirir”.

Oxu24.com  xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan nazirliyin rəsmi teleqram kanalında məlumat verib.

“Biz bu görüşü sülh prosesinin daha da irəliləməsi üçün möhkəm təməl ola biləcək mühüm addım hesab edirik”, - Badalyan vurğulayıb.

Qeyd edək ki, iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.“Qafqazinfo”