Qaynar xətt:

(+99450) 247 90 86

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb 

SİYASƏT

1087

10.07.2025, 21:33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iyulun 10-da başa çatıb.

Oxu24.com   xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər yola saldılar.