Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1857
10.07.2025, 08:57
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidentinin fəaliyyətinə ictimai münasibətin öyrənilməsi məqsədilə ölkə vətəndaşları arasında rəy sorğusu həyata keçirib.
Mərkəzdən Oxu24.com-a verilən məlumata görə, sorğu çərçivəsində 2025-ci ilin ilk altı ayı ərzində Prezidentin genişmiqyaslı fəaliyyət xronikasında ön plana çıxan və xüsusi aktuallıq kəsb edən bir sıra istiqamətlər seçilərək ictimai rəy sorğusu əsasında dəyərləndirilib.
Sorğunun nəticələri Prezidentin fəaliyyətinin ümumilikdə yüksək qiymətləndirildiyini göstərib. Xüsusilə Böyük qayıdış və bərpa-quruculuq, hərbi quruculuq, xarici siyasət, hərbi quruculuq və milli təhlükəsizlik sahəsində fəaliyyətə geniş ictimai dəstək ifadə olunub.
Sorğunun nəticələrinə əsasən, Prezidentin xarici siyasət sahəsində fəaliyyətini respondentlərin 67.8%-i çox yaxşı, 24.4%-i əsasən yaxşı olaraq qiymətləndirib. Sorğu iştirakçılarının 1.0%-i bu sahədə fəaliyyəti əsasən pis, 0.6%-i çox pis kimi dəyərləndirib. Respondentlərin 6.2%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.
Nəticələr Azərbaycanın xarici siyasət kursuna – xüsusən regional əməkdaşlıq, geosiyasi balanslaşdırma və beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində fəaliyyətə yüksək ictimai dəstəyin olduğunu göstərib.
Metodologiya
Tədqiqat kəmiyyət metodologiyası əsasında aparılıb. Topludan nümunənin seçilməsində ehtimallı seçmənin çoxpilləli stratifikasiya üsulundan istifadə olunub. Seçmə çərçivəsi respondentlərin gender balansı, təhsil səviyyəsi və yaş bölgüsü rəsmi statistikaya uyğun olmaqla müəyyən edilib.
Sorğularda yaşı 18 və yuxarı olan 1200 respondent iştirak edib.
Sorğunun sahə işi (məlumatların toplanılması) 2025-ci ilin 10 iyun – 18 iyun tarixləri arasında icra edilib. Məlumatların toplanılmasında kompüter dəstəkli fərdi müsahibə (CAPI) üsulundan istifadə olunub.
Həmçinin oxuyun
Sorğular Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarını əhatə edib. Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları sorğuda əhatə olunmayıb. Sorğular 7 respublika tabeli şəhər, 34 rayon olmaqla ümumilikdə ölkənin 41 rayon və şəhərində keçirilib.
Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Həmçinin onlar tərəfindən bütün müsahibələrdə anonimlik təmin edilib, respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı, nəticələrin yalnız tədqiqat məqsədləri üçün istifadə ediləcəyi barədə məlumatlar verilib.
Sorğuda iştirak edənlərin sayına əsasən nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edib.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.