Qaynar xətt:

(+99450) 247 90 86

BƏƏ Prezidenti Paşinyanla görüşdü 

SİYASƏT

909

10.07.2025, 03:35

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan BƏƏ-də işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. 

Oxu24.com  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

BƏƏ Prezidenti İrəvanla Bakı arasında sülh sazişi layihəsinin razılaşdırılmasını alqışlayıb və onun tezliklə imzalanacağına ümid etdiyini bildirib.

Paşinyan öz növbəsində, BƏƏ-nin regional sabitliyə töhfəsində və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsində rolunu qeyd edib.

Bundan əlavə, onlar ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.