Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan da BƏƏ-dədir 

SİYASƏT

867

09.07.2025, 22:42

Ermənistanın Baş naziri Nikol Paşinyanın BƏƏ-yə işgüzar səfəri başlayıb.

Oxu24.com xəbər verir ki Bu ölkəyə yollanan Paşinyanı Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda BƏƏ-nin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan qarşılayıb.

Qeyd edək ki, Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.