Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan: Azərbaycan və Rusiya arasındakı gərginlik...

SİYASƏT

283

05.07.2025, 17:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Rusiya arasında yaşanan gərginliyə münasibət bildirib.

Oxu24.com  qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə yerli jurnalistlərə açıqlamasında deyib:

"Türkiyə həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri olan bir ölkədir. Gərginliyi yaxından izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq. Diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanırıq. İki ölkə arasında yaşanan neqativ hadisələrin tez bir zamanda başa çatacağına inanıram. Yaşanan xoşagəlməz hadisələrin Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirməməsi ən böyük arzumuzdur.

Biz bilirik ki, hər iki dostumuz bu problemi aradan qaldırmaq üçün anlayış səviyyəsinə malikdir. Cənab İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır. O, bu məsələnin ardınca getməyin və bunun qızışdırılmasının tərəfdarı deyil".