Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyev: Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır 

SİYASƏT

86

24.06.2025, 10:35

Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.

Oxu24.com  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında bildirib.

İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlət başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilib.

İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.