Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
12 İyul 2025, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi olub, İlham Əliyev və Ərdoğan tədbirdə iştirak ediblər
SİYASƏT
129
19.06.2025, 19:16
İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.
Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.
Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış etdi:
-Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan.
Sayın tədbir iştirakçıları, əziz kahramanmaraşlılar.
İlk növbədə sizə Azərbaycan xalqının ən səmimi salamlarını çatdırıram. 2023-cü il fevralın 6-dakı dəhşətli zəlzələ nəticəsində həlak olmuş, həyatını itirmiş bütün bacı-qardaşlarımıza Allahdan bir daha rəhmət diləyirəm.
Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eyni zamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər.
Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir.
Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür.
Qarabağ məsələsində də qeyd etdiyiniz kimi, biz əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır.
“Azərbaycan” məhəlləsinin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir.
Həmçinin oxuyun
Dörd il bundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir.
Bu gün ilk dəfə olaraq bu gözəl diyarı ziyarət edirəm. Mən Türkiyənin bir çox yerində olmuşam. Gözəl Türkiyənin gözəl təbiətini görmüşəm. Burada da, qədim türk torpağı Kahramanmaraşda olmağımdan da çox məmnunam. Kahramanmaraşlılar dəhşətli zəlzələ ilə üz-üzə qalaraq öz iradələrini göstərdilər, sınmadılar, əyilmədilər. Bilirdilər və inanırdılar ki, onların arxasında güclü lider Rəcəb Tayyib Ərdoğan dayanır. Onların arxasında güclü Türkiyə dayanır. Bu, təbii ki, bir daha kahramanmaraşlıların nə qədər öz doğma xalqına, liderinə, dövlətinə bağlı olmasını göstərir.
Zəlzələ bölgələrində yaşayan bütün insanlara Azərbaycan xalqının hörmətini, sevgisini ifadə edirəm. Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşlarımız var.
Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!
Sonra Türkiyə Respublikasının Prezidenti çıxış etdi.
Daha sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsində inşa olunacaq mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoydular.
Zəlzələdən zərər görmüş bir sıra ailələrə yeni mənzillərin açarları təqdim olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan” məhəlləsinin açılışını bildirən rəmzi lenti kəsdilər.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsini gəzdilər, burada inşa edilmiş mənzillərdə yaradılan şəraitlə tanış oldular.
00:30 / 13 İyul 2025
Partlayışda xəsarət alaraq ölən şəxs polkovnik-leytenantın atasıdır
149
23:49 / 12 İyul 2025
Çimərliyə gedən yolda "Range Rover" aşdı - 2 yaralı var - FOTO
136
23:14 / 12 İyul 2025
Evlilik təklifinə görə oğlanı polis idarəsinə apardılar - FOTO
86
22:19 / 12 İyul 2025
14 yaşlı oğlan su arxında boğulub öldü
82
22:15 / 12 İyul 2025
Azərbaycanda iki il əvvəl itkin düşən yeniyetmənin qalıqları tapıldı
578
21:06 / 12 İyul 2025
Dizel və benzinlə bağlı yenlik
94
20:49 / 12 İyul 2025
Məktəblilərə dron uçurmağı öyrədəcəklər
173
20:36 / 12 İyul 2025
Azərbaycanda ən çox bu rayonda ailə qurublar
152
20:22 / 12 İyul 2025
Tehranda güclü partlayış - FOTO
184
19:46 / 12 İyul 2025
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
105
19:25 / 12 İyul 2025
Zaqatalada 2 yaşlı uşaq çayda boğulub.
181
18:20 / 12 İyul 2025
Xanımı Ərdoğanı qucaqlayıb ağladı - Video
256
17:52 / 12 İyul 2025
Prezident Əl Şaraa ilə görüşdü - Fotolar+Yenilənib
214
16:58 / 12 İyul 2025
Məşhur aktyorun malikanəsində yanğın olub.
128
16:38 / 12 İyul 2025
Dönərçi bıçaqlandı
285
16:33 / 12 İyul 2025
Azərbaycanda ailə FACİƏSİ: ölən var
155
15:30 / 12 İyul 2025
Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...
476
14:40 / 12 İyul 2025
Netanyahu Trampa xəbərdarlıq etdi: İsrail hazırdır
173
14:26 / 12 İyul 2025
Kanalizasiya xəttinə düşüb faciəvi şəkildə ölən Cümşüdün məzarından VİDEO
711
14:21 / 12 İyul 2025
Azərbaycanda keçmiş nazir vəfat etdi – FOTO
584
14:10 / 12 İyul 2025
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
226
12:59 / 12 İyul 2025
50 nəfər saxlanılıb
709
12:53 / 12 İyul 2025
Suriya Prezidenti Azərbaycana rəsmi səfər edəcək
173
12:37 / 12 İyul 2025
Mətbuat Şurası bəyanat yaydı
174
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.